Accessibility links

Ağ Ev: Tramp Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyalara veto qoya bilər


Ağ Ev bəyan edib ki, prezident Tramp Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyalara veto qoya bilər.

Bəyanat hər iki partiyanın kəskin tənqidləri ilə qarşılanıb.

Antoni Skaramuççi
Antoni Skaramuççi

​"Prezident saksiyaları ya olduğu kimi təsdiq, ya da onlara veto qoya bilər. O, Rusiyaya qarşı bəlkə də daha ağır ölçüləri müzakirəyə çıxara bilər”- deyə Ağ Evin kommunikasiya direktoru Antoni Skaramaççu bildirib.

Senatın azlıq lideri Çak Şumer Skaramaççunin dediklərinin gülünc olduğunu bildirib.

Çak Şumer
Çak Şumer

Senatın əksəriyyət lideri Uio Con Kornin Amerikanın Səsinə bildirib ki, Ağ Evin rəsmilərinin bizimlə qanunla bağlı əməkdaşlıq etməsi daha yaxşı olardı. “Əks təqdirdə bu, böyük bir yanlışlıq olacaq” -deyə respublikaçı lider bəyan edib.

Uip Con Cornin
Uip Con Cornin

Finlyandiya səfərdə olan Rusiya prezidenti Putin isə deyib ki, Amerika sankiyalarına qarşı Rusiya səbrlə dözür, ancaq bir vaxt cavab verməyə məcbur olacaq.

Vladimir Putin bunu iyulun 27-də mətbuat konfransında deyib.

Putin bildirib ki, Rusiyaya qarşı belə kobud münasibətə sonsuz dözmək mümkün deyil.

Daha əvvəl Rusyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov Moskvanın sanksiyalara görə cavabsız qalmayacağını deyib. Ryabkov yeni sanksiyaların Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşma şanslarını aradan qaldırdığını bildirib. O, Rusiyanın Tramp administrasiyasına sanksiyalar tətbiq edildiyi təqdirdə cavabsız qalmayacağı barədə xəbərdarlıq verdiyini deyib.

Konqresin Nümayəndələr Palatasının keçən il ABŞ prezident seçkilərinə müdaxilə ilə bağlı çərşənbə axşamı günü Rusiyaya qarşı sanksiyaları qəbul edib. Habelə Trampın bu cəzanı yüngülləşdirmək səylərinə də nəzarət ediləcək.

Senat artıq qanun layihəsinin öz versiyasını böyük səs çoxluğu ilə qəbul edib. Konqresin hər iki palatasında qanunvericilər Trampın Rusiyaya qarşı sanksiyaların yumşaldılması istiqamətində mümkün səyləri ilə bağlı 30 gün müddətində səsvermə keçirilməsi təklifi ilə çıxış edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG