Accessibility links

Veyn Merri münaqişənin hərbi aspektlərini şərh etdi


Veyn Merri münaqişənin hərbi aspektlərini şərh etdi
please wait

No media source currently available

0:00 0:06:46 0:00

Amerika Xarici Siyasət Şurasının (American Foregin Policy Council) baş elmi işçisi Veyn Merri Amerikanın Səsinə müsahibədə Azərbaycanla Ermənistan arasında hərbi toqquşmaların hərbi aspektlərini, ağır artilleriyadan istifadəni və mülki vətəndaşlar arasında itkiləri şərh edib. Onun fikrincə, hazırkı müşahidələr deməyə əsas verir ki, döyüşlərdə Ermənistan qüvvələri ənənəvi olaraq topoqrafiya üstünlüyünə, Azərbaycan isə zəngin resurslarla əldə etdiyi bombardman texnologiyasına arxalanır.

Amerikanın Səsi: Bu münaqişə artıq bir neçə müddətdir davam edir. Toqquşmaların hərbi mahiyyəti barədə ilkin təəssüratlarınız nələrdir? Bu toqquşma əvvəlkilərindən necə fərqlənir?

Veyn Merri: Biz son günlərdə zorakılığın artmasını müşahidə edirik ki, bu da hər iki tərəfin son aylar və illərdə silahlarını artırmalarının göstəricisidir. Ümumilikdə, son illərdə biz hər dəfə bir öncəkindən daha şiddətli döyüşlərin şahid oluruq. Bizim 1994-cü ildən bəri gördüyümüz ən şiddəlti döyüş 2016-cı ildə baş vermişdi.

İndi belə görünür ki, hazırkı döyüşlər 2016-cı ildən daha şiddətlidir ki, bu da heç yaxşı deyil.

Amerikanın Səsi: Münaqişədə aviasiya və ağır artilleriyadan istifadə ilə bağlı nə düşünürsünüz?

Veyn Merri: Bu münaqişədəki əsas amil topoqrafiya baxımdan balanssızlıqdır. Belə ki, topoqrafiya Ermənistan tərəfinin xeyrinədir və bu o deməkdir ki, Azərbaycan əraziyə nəzarəti bərpa etmək istəyirsə, bunu yalnız atəş üstünlüyü ilə əldə edə bilər. Əgər Azərbaycan bunu yalnız piyadalar, tanklar və ənənəvi olaraq quru üzərində aparılan döyüş yolu ilə etməyə çalışsa, əsgərləri arasında çox sayda itkilər baş verə bilər.

Buna görə də Azərbaycan yeni texnologiya, o cümlədən bombardman silahları, yüksək texnologiyalı dronlar və digər növ uzaqdan idarə olunan avadanlıqlara çox pul xərcləyib. O bu silahların bəzilərini İsraildən və başqa ölkələrdən alıb. Bizim hazırda müşahidə etdiyimiz mənzərə odur ki, Ermənistan ənənəvi olaraq topoqrafiya üstünlüyünə, Azərbaycan isə ənənəvi olaraq bombardman texnologiyası əldə etməklə daha çox resurlara sahibdir.

Amma Ermənistan da yeni hərbi avadanlıq almaqda geri qalmayıb, sadəcə olaraq buna xərclərməyə daha az pulu var. Hər iki tərəf Rusiyadan silah alır. Azərbaycan bunun üçün tam qiyməti ödəməlidir. Ermənistan isə Rusiya ilə müttəfiq olduğu üçün endirimdən faydalanır. Hər iki ölkə silah əldə etsə də, Azərbaycan bunu daha çox edə bilib. Bu açıq münaqişə davam etsə, biz önümüzdəki günlərdə bu yeni avadanlıqların Azərbaycanın Silahlı Qüvvələrinə nə dərəcədə inteqrasiya olduğunu və onların əməliyyatlarına nə qədər töhfə verə biləcəyini görəcəyik.

Amerikanın Səsi: Hər iki tərəf bir-birinə ağır itkilər verdiyini iddia edir. İndiyə qədər olan hərbi itkiləri necə qiymətləndirirsiniz?

Veyn Merri: Belə bir misal var ki, müharibənin ilk itkisi həqiqət olur. Ona görə də, mən bu cür münaqişələrdə hər iki tərəfdən gələn xəbərlərə skeptik yanaşıram. Onların ikisi də rəqəmləri şişirdə bilər. Onlar həqiqəti də söyləyə bilər. Amma mən uzaqdan bunu bilə bilmərəm.

Fikrimcə, topoqrafiya baxımından və mən Ermənistan tərəfindən Dağlıq Qarabağı ziyarət etdiyim üçün (təəssüf ki, Azərbaycan mənim ziyarətimə icazə vermir) deyə bilərəm ki, hər iki tərəfdə mülki vətəndaşlar arasında tələfatın olma riski yüksəkdir. Biz bu ərazilərdə əsasən də kənd təsərrüfatı ilə məşğul olan insanların yaşadığını unutmamalıyıq. Onların çoxu kiçik kəndlərdə yaşayır. Döyüş başladığı zaman onlar təhlükəyə açıq olur. Mən düşünürəm ki, hər iki tərəfdə mülki vətəndaşlar arasında tələfatların olma riski yüksəkdir. Və biz bunun abstrakt bir münaqişə olmadığını nəzərdə saxlamalıyıq.

Amerikanın Səsi: Hər iki tərəf dinc insanları hədəf almadıqlarını iddia edirlər. Bu iddialara münasibətiniz nədir?

Veyn Merri: Daha öncə deyiyim kimi müharibənin ilk tələfatı həqiqət olur. Amma təbii ki, hər iki tərəf digər tərəfin mülki ərazilərdə olan dəyərli infrastrukturunu hədəf almağa hazırdır. Ermənilər müəyyən hallarda iki ölkə arasındakı sərhədə yaxın ərazidən keçən neft və qaz boru kəmərlərini hədəf almağa hazır olduqlarını açıq bildiriblər. Azərbaycan da müəyyən hallarda Metsamor atom elektrik stansiyasını hədəfləməyə hazır olduğunu qeyd edib. Xarici ölkələr bu mülki infrastruktulardan heç birinin hədəf alınmasını istəmir, təkcə ona görə yox ki, bu, münaqişədə şiddətdən qeyri-adi dərəcədə çox istifadə olunması demək olacaq, həm də ona görə ki, bu, xarici ölkələrin maraqlarına riskləri artırır. Ancaq fikrimcə bu münaqişənin təkcə döyüş meydanı ilə məhdudlaşacağına dair düşüncə reallıqdan uzaqdır.

1994-cü ildə diplomatiya yolu ilə müvəqqəti olaraq dayandırılan müharibəyə baxsanız, o zaman da o müharibənin çox şiddətli keçdiyini və hər iki tərəfdə çox sayda tələfatın olduğunu görərsiniz. Mən həm Azərbaycan, həm də Ermənistanın müharibə qurbanlarının məzarlıqlarında olmuşam. Məncə bu məzarlıqları görmək, orada dəfn olunan və münaqişədə ölən insanları görmək insanda iz buraxır. Məncə yaxşı olardı ki, hər iki tərəfin siyasi lidərləri təkcə döyüş meydanlarını yox, həmin məzarlıqları da ziyarət etsinlər.

Amerikanın Səsi: Əlavə olaraq qeyd etmək istədiyiniz nə isə varmı?

Veyn Merri: Bu münaqişə ilə bağlı başqa bir fakt odur ki, münaqişə regionda mühüm hərbi təlimlərin keçdirildiyi vaxta təsadüf edib. İlk Azərbaycanla Türkiyə arasında Naxçıvanda hərbi təlimlər keçirildi. Bunun bir məqsədi də Ermənistana türk qüvvələrin Ermənistanı cinahdan əhatə edərək, Dağlıq Qarabağı arxadan ala biləcəklərini göstərmək idi.

Bundan əlavə isə hər dörd ildən bir keçirilən çox böyük Qafqaz 2020 birgə təlimləri keçirildi və ötən ayın 28-də başa çatdı. Məncə Dağlıq Qarabağ ətrafında döyüşlərin Azərbaycanla Türkiyə arasında Azərbaycan torpağında keçirilən ən böyük hərbi təlmini və Qafqaz regionundakı ən böyük hərbi təlimlərdən sonraya təsadüf etməsi çox qeyri-adidir.

Unutmayaq ki, hazırda Rusiyanın Qafqaz 2020 hərbi təlimi çərçivəsində Şimali Qafqazda böyük aktiv qüvvəsi yerləşdirilib. Bu isə o deməkdir ki, Rusiya müdaxilə etməyə qərar versə, bunu çox tez və güclü şəkildə edə bilər.

Türkiyənin necə müdaxilə edə biləcəyi isə başqa məsələdir. Bildiyimiz ki, Ermənistan Türkiyəni F-16 təyyarəsi isə Ermənistanın Suxoy təyyarəsini vurmaqda ittiham edib. Türkiyə isə bunu inkar edir. Amma Türkiyə və ya Rusiyanın hər hansı yolla bu münaqişənin aktiv iştirakçıları olması çox təhlükəlidir.

Unutmamlıyıq ki, Türkiyə və Rusiya hazırda Suriya və Liviyada dolayı müharibələrdə iştirak edirlər. Əgər Rusiya və Türkiyə qüvvələri Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etsələr, bu, onların əks tərəflərdən cəlb olunduğu üçüncü dolayı müharibə olacaq. Bu isə çox təhlükəlidir.

Mənin əlavə etmək istədiyim bir fakt da odur ki, mən Azərbaycanın Xarici İşlər Nazrirliyinin persona non grata siyahısındayam. Onlar mənim Azərbaycana səfər etməyimə icazə vermirlər. Bu isə o deməkdir ki, mən bir neçə ildən bir Ermənistana gedə, məsələni ermənilərin tərəfindən görə, birbaşa onların mövqeyini dinləyə bilirəm. Mən Azərbaycn ziyarət edə, onların mövqeləyini birbaşa dinləyə bilmirəm. Məncə bu, Azərbaycan üçün yanlış bir qərardır. Fikrimcə Azərbaycan xaricilərin Erməintana səfər etdiyini görəndə, aktiv bir şəkildə onları Azərbaycana da dəvət etməlidir. Onları Azərbaycana gəlib, Azərbaycanın mövqeyini eşitməyə çağırmaq lazımdır. Əgər bunun qarşını alsan, onlar məsələni təkcə Ermənistan tərəfindən dəyərləndirə biləcəklər ki, məncə, bu, Azərbaycanın xeyrinə deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG