Accessibility links

Veyn Merri: "ABŞ-ın Yerevan və Bakıya diplomatik təsir göstərmək imkanı minimaldır"


Veyn Merri: "ABŞ-ın Yerevan və Bakıya diplomatik təsir göstərmək imkanı minimaldır"
please wait

No media source currently available

0:00 0:08:49 0:00

Vaşinqtonda qərargahlanan Amerika Xarici Siyasət Şurasının (American Foregin Policy Council) baş elmi işçisi Veyn Merri Amerikanın Səsinə müsahibəsində ABŞ və Rusiyanın Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmalardakı rolunu müzakirə edib.

Amerikanın Səsi: Ermənistanla Azərbaycan arasındakı beynəlxalq sərhəddə baş verən toqquşma barədə fikirləriniz nələrdir?

Veyn Merri: Ermənistanla Azərbaycan arasındakı ortaq sərhəddə bu cür zorakılıqların baş verməsi təəssüf ki, təkrarlanan bir problemə çevrilir.

Biz hamımız iki ölkə arasında Qarabağ və ətraf rayonlar üzərində gedən münaqişədən xəbərdarıq və orada tez-tez qarşıdurmalar olur. Son üç-dörd ildə isə iki dövlət arasındakı sərhəddə, xüsusən də şimal regionda toqquşmalar problemə çevrilib.

Bu, ilk dəfə deyil ki, belə bir hadisə baş verir, və çox güman ki, son olmayacaq. Düşünürəm ki, bu, iki post-sovet ölkəsi arasındakı problemlərin diqqət mərkəzində artıq təkcə Qarabağ münaqişəsinin olmadığını əks etdirir. Bunlar daha genişmiqyaslı, ikitərəfli münaqişələr, regional münaqişlərdir və məncə zorakılıqların artıq təkcə cənubda baş verməməsi daha geniş problemin əksidir. Və daha genişmiqyaslı münaqişə ehtimalı Qarabağ müharibəsinin yenidən başlamaq təhlükəsini deyil, Azərbaycan və Ermənistan respublikaları arasında müharibə təhlükəsini əks etdirir.

Amerikanın Səsi: Siz bu məsələyə toxundunuz ilk suala cavabınızda. Mən də elə bununla bağlı sual vermək istəyirəm ki, budəfəki münaqişə digərlərindən nə ilə fərqlənir?

Veyn Merri: Fərqli olan şeylərdən biri topoqrafiyadır. Mən bir neçə il əvvəl hazırda döyüşlərin getdiyi sərhəd bölgəsində Ermənistan ordusunun qonağı olmuşdum və hər iki tərəfdə topoqrafiya çox fərqlidir. Bir tərəfdən topoqrafiya Azərbaycanın xeyrinədir, çünki həmin ərazidə sərhədin Ermənistan tərəfində hərbi cəbhəni gücləndirmək çox çətindir, amma Azərbaycan tərəfində qüvvələri sərhədə çıxarmaq çox asandır. Yəni məsələ sadəcə olaraq oradakı dağlıq ərazinin topoqrafiyası məsələsidir.

Amma Ermənistan tərəfi mövqeyini gücləndirmək üçün Sovet dövrünün sonunda inşa olunan bir uzun magistral tunelindən asılıdır. Həmin tunelin hava hücumu və ya raket hücumu nəticəsində bloklanması Ermənistanın sərhədin həmin hissəsindəki qüvvələrini adekvat şəkildə gücləndirməsini çətinləşdirəcək. Sərhədin digər tərəfində isə Azərbaycanın qüvvələrini sərhədə yerləşdirmək üçün istifadə edə biləcəyi təkcə yolları yox, dəmir yolları və çox böyük açıq sahəsi var. Ona görə də, bu ərazi hərbi gərginliyi idarə etmək baxımından daha rahat olduğu üçün Azərbaycan kiçik və ya genişmiqyaslı münaqişə başlatmaq üçün xüsusilə bu ərazini seçə bilər.
Elə bu səbəbdən də bu ərazi müəyyən mənada Ermənistan üçün daha təhlükəlidir, baxmayaraq ki, ərazi sırf taktiki baxımdan Ermənistan üçün üstünlük təşkil edir.

Amerikanın Səsi: Rusiyanın bu münaqişədəki rolu ilə bağlı nə deyə bilərsiniz?

Əslində Ermənistan Rusiya üçün uzun müddətli tarixi strateji müttəfiqdir. Lakin Moskvanın Ermənistanın əlində kukla olmaq niyyəti yoxdur. Moskva Ermənistana açıq göstərib ki, Moskva Qafqazdakı maraqları ilə bağlı qərarlarını özü verir. Eyni zamanda Azərbaycana açıq-aydın göstərir ki, Azərbaycandakı nüfuzunun əhəmiyyəti kiçildilməməlidir. 

Veyn Merri: Rusiya həm Ermənistan, həm Azərbaycan üçün mühüm regional qüvvədir. Əslində yeganə regional qüvvədir. Yəni, unutmayın ki, Türkiyə təkcə kritik rol oynamır, həm də getdikcə Azərbaycan üçün böyük qüvvə himayədarı, Ermənistan üçün isə regional rəqib kimi dinamik rol oynayır. Bundan əlavə, İran məsələsi də var. İran çox açıq şəkildə sakit rol oynayıb, baxmayaraq ki, masaaltı diplomatiyanın bəzi formalarında iştirak edir. Amma ciddi bir münaqişə olduğu təqdirdə, İranın maraqlarının da təsiri olacaq. İran adətən Ermənistanı dəstəkləyir, lakin Bakı ilə münasibətləri bir az sakitləşib. Yəni daha öncə Azərbaycanla İran arasındakı problemlərin iki ölkə arasında silahlı münaqişənin ola biləcəyinə dair narahtlıqlara səbəb olduğu zamanlar olub. Hazırda isə onlar arasında münasibət daha sakitdir. Rusiya isə əsas gücdür. Rusiya Sovet dövründən öncə də, Sövet dövründə də imperial qüvvə idi. İndi də regional hegemon iddiaları olan regional qüvvədir.

Rusiya Ermənistanın mühüm strateji müttəfiqi və tərəfdaşıdır. Üç yaşından yuxarı hər bir erməni bilir ki, Ermənistanın Rusiya ilə münasibətləri hərbi, strateji, siyasi və hətta iqtisadi baxımdan Ermənistan üçün həyati baxımdan çox mühümdür. Azərbaycan isə Moskvadan müstəqil bir yolu izləməyi seçib, lakin bu yol onun üçün çətin olub. Azərbaycan dünya boyu bir çox ölkə ilə dost olmağa çalışıb, lakin özünü qəbul etdirməyin çətin olduğunu anlayıb. Və Azərbaycanın telefonuna cavab verəcək dünya paytaxtı da Moskvadır.

Rusiya həm Yerevan, həm Bakı ilə təkcə yaxşı və nüfuzlu münasibət saxlamağa çalışmır, həm də hər iki tərəfə aydın şəkildə bildirmək istəyir ki, məcbur olmadığı təqdirdə hər hansı tərəfə üstünlük verməyəcək. Əslində Ermənistan Rusiya üçün uzun müddətli tarixi strateji müttəfiqdir. Lakin Moskvanın Ermənistanın əlində kukla olmaq niyyəti yoxdur. Moskva Ermənistana açıq göstərib ki, Moskva Qafqazdakı maraqları ilə bağlı qərarlarını özü verir. Eyni zamanda Azərbaycana açıq-aydın göstərir ki, Azərbaycandakı nüfuzunun əhəmiyyəti kiçildilməməlidir.
Azərbaycanda Rusiyanın regional maraqlarına meydan oxuyan hər hansı hökümət özünü real təhlükəyə ata bilər. Dünyanın o hissəsində Moskva ilə oyun oynamaq olmaz.

Soruşa bilərsiniz ki, bəs başqa böyük güclər hansı rol oynayır? Məsələn, Birləşmiş Ştatlar. Həqiqət budur ki, Birləşmiş Ştatlar Mərkəzi Qafqazla 20 il öncə indi ilə müqayisədə daha çox maraqlanır. Bunun bir səbəbi odur ki, qlobal neft və qaz məsələləri dəyişib. Demək istəyirəm ki, Xəzər dənizi mühüm karbohidrogen istehsalı mərkəzidir. Buna şübhə yoxdur. Amma onun ABŞ üçün əhəmiyyəti Meksika ilə eyni səviyyədədir.

Azərbaycan artıq 21-ci əsrdə insanların 1990-cı illərdə düşündüyü kimi mərkəzi rol oynamır. Birləşmiş Ştatlarda isə diplomatik baxımdan deyə bilərəm ki, insanlar Ermənistan-Azərbyacan məsələsindən beziblər. Birləşmiş Ştatlar höküməti də Qarabağ, Ermənistan və Azərbaycanla məşğul olmaq üçün ən yüksək səviyyəli insanları təyin edib. Vaşinqton bu problemi həll etməyi ən üst səviyyədəki insanlara tapşırıb. Amma biz çox irəliləyiş əldə edə bilməmişik. Bunun bir səbəbi isə odur ki, həm Bakı, həm Yerevan deyib ki, “bu sizin probleminizdir. Bu, Amerikanın problemidir. Bu problemi bizim üçün siz həll edin. Siz bizim üçün istədiyimiz həll yolunu tapın.” İndi isə Vaşinqtonda bir çox insan düşünür ki, bəlkə də Birləşmiş Ştatlar diplomatiya baxımından dünyanın o hissəsində çox şey edib.

Buna görə də, biz indi rəqib tərəfləri bu torpaqların onların evlərinin olduğuna inandırmalıyıq. Bu, dünyanın onların yaşadığı hissəsidir. Və onlar diplomatiyaya görə məssuliyyəti öz üzərlərinə götürməlidirlər. Mən demirəm ki, Birləşmiş Ştatlar, Rusiya və Fransadan ibarət Minsk Qrupunun diplomatik səyləri vacib deyil. Onların münaqişəni həll etmək kimi çox mühüm rolu var. Lakin düzünü desəm, daha genişmiqyaslı həll yolu tapmaq üçün Minsk Qrupu, yəni təkcə amerikalılar deyil, fransızlar və ruslar da diplomatiya baxımdan əlllərindən gələni ediblər. İndi isə bu artıq daha çox tərəflərin problemidir, təbii ki, əgər onlar həqiqətən də dinc həll yolu istəyirlərsə.

Amerikanın Səsi: Sonuncu sualım da ABŞ-ın mövqeyi ilə bağlıdır. Sizcə döyüşlər davam etsə Vaşinqton müdaxilə edə bilərmi?

Veyn Merri: Müdaxilə deyəndə nəyi nəzərdə tutursunuz? Əgər hərbi müdaxiləni nəzərdə tutursunuzsa, cavab xeyrdir. Birləşmiş Ştatlar ordusu onsuz da çox məsələ ilə məşğuldur. Suriya, Somali və Qərbi Afrika kimi yerlərdə ordumuz mövcuddur. Mən əminliklə deyə bilərəm ki, birgə qərargah rəisləri Mərkəzi Qafqaza hərbi baxımndan cəlb olunmaq istəmirlər. Diplomatik baxımdan biz artıq cəlb olunmuşuq. Biz Minsk Qrupunun hissəsiyik, lazım olan telefon danışıqları, diplomatik müdaxilələr edirik. Amma bu, hansı səviyyədə olunur? Məsələn, prezident Trampın regionla şəxsi tanışlığı var. Bakıda bir neçə il öncə Tramp Tower layihəsi var idi. Yəni o, Azərbaycanı tanıyır, Bakının harada olduğunu bilir. O, Dağlıq Qarabağ haqda eşidib. Və təbii ki, onun Birləşmiş Ştatlardakı erməni siyasi gücləri barədə də məlumatı var.

Tarixən Vaşinqton Ankaraya zəng edərdi, Ankara da Bakıya. Amma indi Vaşinqtonla Ankara arasında telefon xəttlərində problem var. Ona görə də düşünürəm ki, Birləşmiş Ştatların Yerevan və Bakıya diplomatik təsir göstərmək imkanı çox minimaldır.

Amma Birləşmiş Ştatların yüksək səviyyəli rəsmiləri təkrarlanan və cənubda Dağlıq Qarabağın ətrafında işğal olunmuş ərazilərdə dəfələrlə şahid olduğumuz zorakılıqarın baş verdiyi zaman nə üçün diplomatik təşəbbüsə cəlb olunmaq istəsinlər? Məncə, bu suala cavab belə olacaq : Bu ruslarn məsuliyyəti və problemidir.

Belə halda bəzi insanlar deyə bilər ki, biz öz maraqlarımızı kənara qoyub, Rusiyanın nəzarəti əlinə keçirməsinə imkan veririk. Amma gəlin xəritəyə baxaq. Dünyanın o hissəsində Rusiyadan başqa kim nüfuza malik ola bilər? Normalda biz diplomatiya baxımından Türkiyəni də cəlb etməyə çalışardıq, çünki Türkiyə Qafqazda regional qüvvədir.

Türkiyə müəyyən mənada bir Qafqaz ölkəsidir. Amma indi Vaşinqtonla Ankara arasında münasibətlər dəhşətlidir. Hətta mənim şahid olduğum ən pis səviyyədədir. Və mən prezident Ərdoğanı bu məsələdə hər hansısa addım atmasını təmin etmək üçün nə edə biləcəyimizi bilmirəm. Əslində Bakı da buna arxalanır, çünki tarixən Vaşinqton Ankaraya zəng edərdi, Ankara da Bakıya. Amma indi Vaşinqtonla Ankara arasında telefon xəttlərində problem var. Ona görə də düşünürəm ki, Birləşmiş Ştatların Yerevan və Bakıya diplomatik təsir göstərmək imkanı çox minimaldır. Və Bizim Ankara və Moskva ilə münasibətlərimiz də yaxşı olmadığı, Tehranla isə heç mövcud olmadığı üçün bizim hətta ikinci dərəcəli diplomatiya imkanlarımız da yaxşı deyil.

Bu səbədən də mən Birləşmiş Ştatların nə isə edə biləcəyini və ya etməyə çalışacağını düşünmürəm.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG