Accessibility links

Harvi Vaystein polisə təslim oldu


Harvi Vaystein bu gün polisə təslim oldu. O, seksual təzyiqlərlə ittiham olunur. #MeToo hərəkatına qoşulan bir neçə qadın karyeralı dövründə onun təcavüzünə məruz qaldıqlarını iddia edir.

66 yaşlı film prodüseri Manhattan polis idarəsi qarşısında toplaşan müxbirlərin suallarını cavablandırmayıb.

Prodüser Hollivudda bir neçə aparıcı postdan uzaqlaşdırılıb.

Ona qarşı dəqiq hansı ittihamlar irəli sürüləcəyi bəlli deyil.

Hüquq-mühafizə rəsmilərinin Associated Press-ə bildirdiyinə görə, prosesə aktrisa Lusia Evansın iddiaları da daxil edilib. Aktrisa Harvi Vaysteinin onu öz ofisində oral seksə məcbur etdiyini deyib.

O, seksual qalmaqalla bağlı açıq danışan ilk qadınlar sırasında olub.

Kriminal seksual əməllərinə görə Harvi Vaystein 25 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Harvi Vaystein sözçüsü Cuda Engelmayer və vəkili Bencamin Brafman şərh verməkdən imtina edib.

Bir neçə aydır davam istintaq çərçivəsində prodüserə ittihamların irəli sürüldüyü barədə ilk dəfə “New York Daily News” yazmışdı.

“The New York Times” və digər media orqanları da onun təslim olacağıha dair xəbərlər yaymışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG