Aprelin 11-də Azərbaycan Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində Qarabağda son döyüşlər zamanı həlak olan dörd azərbaycanlı zabitlə vida mərasimi keçirilib.
Onlar cəbhə xəttində vurulmuş hərbi helikopterin ekipaj üzvləri - mayorlar Təbriz Mehdizadə və Ürfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov, xüsusi təyinatlı polkovnik-leytenant Murad Mirzəyevdir.
Vida mərasimində çıxış edən müdafiə naziri Zakir Həsənov bildirib ki, Azərbaycan Ordusu həlak olanların qisasını alacaq.
“Şəhidlərin qisası alınacaq, bizim torpaqlarımız azad ediləcək”, nazir vurğulayıb.
Nazir prezident İlham Əliyevin çıxışından sitat gətirərək "Azərbaycan ordusunun hər bir əsgəri, zabiti bilməlidir ki, Azərbaycanın ərazi bütövlüyü nəyin bahasına olursa, olsun qorunacaq", o qeyd edib.