Accessibility links

Frontline Defenders Vidadi İsgəndərlinin azad edilməsini tələb edir


Vidadi İsgəndərov
Vidadi İsgəndərov

Hüquq müdafiəçisi 2010-cu ilin noyabrında parlament seçkilərinə qanunsuz müdaxilədə ittiham olunaraq 3,5 il müddətinə həbs edilib

Frontline Defenders hüquq müdafiəçilərinin qorunması üzrə
beynəlxalq koalisiya 2011-ci ildən həbsdə olan hüquq müdafiəçisi və vəkil Vidadi İsgəndərovun səhhətinin pisləşməsi ilə bağlı məlumatlardan narahatdır.
O, şəkərli diabet, yüksək qan təzyiqi, böyrək xəstəliyi və allergiyadan əziyyət çəkir. Həbsdə saxlanma şəraiti pisdir, tibbi yardım lazımi qaydada göstərilmir.
Cənab İsgəndərovun saxlandığı koloniya Qızıldaşda daş karxanasının yaxınlığında yerləşir və bu da onun durumunu ağırlaşdırır.
2011-ci il aprelin 17-də Vidadi İsgəndərov Bakıda Sahil parkında etiraz aksiyasında iştiraka görə tutulub. Lakin sonradan 2010-cu ilin noyabrında parlament seçkilərinin gedişinə qanunsuz müdaxilədə ittiham olunaraq 3,5 il müddətinə həbs edilib.
Bu il iyunun 22-də Azərbaycan prezidenti 64 məhbusun əfv edilməsi haqda fərman imzalayıb. Onların arasında 9 nəfər İctimai Palatanın 2 aprel aksiyasının iştirakçısı var. Lakin Vidadi İsgəndərov əfv olunmayıb.
“Biz hüquq müdafiəçisinin dərhal və şərtsiz azadlığa buraxılmasına, onun barəsində hökmün dəyişdirilməsinə çağırırıq”, - deyə bəyanatda vurğulanır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG