Accessibility links

Video oyunlar vasitəsilə sosial dəyişikliklər [Video]


Video oyunlar vasitəsilə sosial dəyişikliklər
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Bura Nepaldır. Yaşadığın kənd 7.8 bal gücündə zəlzələdən sonra dağıntılar içindədir və sən sağ qalanları xilas etməlisən.

Gördüyünüz video oyun 2015-ci ildə Nepalda 9,000 insanın ölümünə səbəb olan zəlzələ hekayələri əsasında hazırlanıb.

Minsok Do Nyu Yorkda keçirilən “Dəyişiklik üçün oyunlar” festivalında bu layihəni nümayiş etdirirdi.

“Mən Nepalda dağıdıcı zəlzələ haqqında eşidəndə, qərar verdim ki, sağ qalan insanların həkayələri əsasında oyun hazırlayım.”

Video oyunlar, artıq sadəcə pis personajların öldürülməsi haqqında deyil. Bu oyunları sosial məsələlər haqqında məlumatlılığı artırmaq üçün də istifadə edirlər.

“My Child Lebensborn” video oyunu İkinci Dünya Müharibəsi zamanı nasist əsgərlərdən doğulan uşaqlara qayğı göstərilməsi haqqındadır.

“Biz müharibə nəticəsində dünyaya gələn uşaqlar haqqında məlumatlılığı artırmaq istəyirdik. Düşmən əsgərlərdən doğulan uşaqlar indiki zamanda da çox mühüm məsələdir. Misal olaraq İŞİD-i, Boko Haramı göstərmək olar.”

Proqramçılar inanırlar ki, video oyunlar insanlar arasında hörmət və anlayışı təşfiq etmək üçün çox yaxşı platformadır.

“İnsanların problemi hiss etməsinə nail olanda, vermək istədiyin mesaj daha təsirli olur. Oyun zamanı insanlar hekayənin bir parçası ola bilir, suallara cavab axtarır və məsələnin mahiyyətini anlamağa başlayırlar.”

“İnkişaf etməkdə olan ölkələrdə problemlərdən biri odur ki, insanlar belə məsələlər haqqında danışmağı sevmirlər. Onlar utandıqdan yaşadıqları problemlər haqqında danışmaqdan çəkinirlər.”

İlmana Fasihin yaratdığı "YourStoryTeller" mobil əlavəsi Hindistan qadınlarına məişət zorakılığı və diskriminasiya ilə bağlı hekayələrini paylaşmağa kömək edir.

Həmin hekayələr də digərlərinin bu hadisədən nəticə çıxarmaları üçün illustrasiya edilir və İnternetdə yerləşdirilir.

“Sosial problemin həllinin tapılması üçün təklif icmanın içindən gəlməlidir. Bunun üçün də, ilk olaraq icma özü bu barədə danışmalıdır.”

Və təbii ki, problemlər haqqında müzakirənin alınmadığı yerlərdə, video oyunlar daha yaxşı nəticə verə bilər.

XS
SM
MD
LG