Accessibility links

Video oyunlu alpinist divarı [Video]


Video oyunlu alpinist divarı
please wait

No media source currently available

0:00 0:01:47 0:00

İdman etmək darıxdırıcı, hətta çox darıxdırıcı ola bilər. Buna görə də, video oyun yaradıcıları oyun texnologiyasını idmanla birləşdirməyə cəhd ediblər və bunu etməkdə müvəffəq olublar. İndi isə bazara yeni oyun sistemi daxil olub. Yaradıcılar alpinist divarı, kamera, projektor və asan video oyun sistemini bir araya gətirərək ortaya yeni və əyləncəli bir məşq çıxarıblar.

Alpinist divarı
Alpinist divarı

Oyun Whack a Bat, yəni Yarasanı Vur adlanır. İnsanlar divara dırmaşıb, virtual yarasaları tutmağa çalışırlar. Bunu edərkən isə onlar idman etmiş də olurlar.

“Bu sensor ekranda hər cür oyunu seçmək olur. Bizim divarın qarşısındakı insanları müəyyən edən kameramız var, onların əlləri divara yaxınlaşdığında kamera o toxunuşu da hiss edir. Bundan əlavə divarda interaktiv qrafikləri göstərən projektorumuz da var”, deyə Valo Motiond-dan Raine Kayastila bildirir.

Oyunu eyni anda iki nəfər də oynaya bilər. Beləliklə oyunçular yarışa bilir.

Bu cür yerlərdə uşaqlar adətən alpinist divarına çıxmır, amma orada oyun olduğunu görəndə, ovsunlanırlar, oyuna daxil olub, divara dırmaşmağa başlayırlar. Onlar idman etdiklərini unudurlar və iki-üç dəqiqə sonra gülüb, əylənirlər.
Raine Kaystilla

Oyunun yaradıcıları deyir ki, uşaqların bu sistemin oyun aspektini göz ardı etmələri çətindir.

“Bu cür yerlərdə uşaqlar adətən alpinist divarına çıxmır, amma orada oyun olduğunu görəndə, ovsunlanırlar, oyuna daxil olub, divara dırmaşmağa başlayırlar. Onlar idman etdiklərini unudurlar və iki-üç dəqiqə sonra gülüb, əylənirlər”, Raine Kaystila deyir.

Oyunun yaradıcıları həm də deyir ki, insanlar bu oyunu oynarkən divara dırmaşdıqlarını da unudurlar.

Raine Kayastila: “Onlar deyir ki, divara dırmaşanda hətta yüksəklik qorxularını belə unudurlar. Bəziləri deyir ki, “iki dəqiqədən sonra divara dırmaşdığım yadımdan çıxır.” Müştərilərimiz bu sistemi sevir, onun sayəsində alpinist divarı olan mərkəzlərə yeni müştərilər gəlir”.

Bazara avqust ayında daxil olan sistemdə bir neçə oyun var. Sistem özü isə bahalıdır və təxminən 15 min dollar başa gəlir.

XS
SM
MD
LG