Accessibility links

Vyet-Keycun mətbəxi [Video]


Vyet-Keycun mətbəxi
please wait
Embed

No media source currently available

0:00 0:02:32 0:00

Birləşmiş Ştatların cənub körfəz sahilindəki ərazidə iki mədəniyyət, Vyetnam mühacirləri ilə vaxtilə fransız müstəmləkəçiləri və Kanadada yaşayan, sonradan Luizianaya köçürülən Keycun mədəniyyətləri bir araya gəlib. Əsasən dəniz məhsulları, kolbasa və düyüdən istifadə edilərək, hazırlanan Keycun məxbəxi isə özünün unikallığı ilə tanınır. Körfəz sahilində yaşayan vyetnamlıların əksəriyyəti nəinki Keycun yeməkjlərini sevir, hətta iki mədəniyyətin birləşməsi kimi yeni bir mətbəx yaradıb.

Çay xərçənglərinin hazırlanması, bişirilməsi və ədvalardan istifadə xüsusi bir sənətdir. Bu, Keycun mətbəxinin ən məşhur yeməyidir. Lakin Tyonq Nquyenin mətbəxində bunu çox yaxşı hazırlayırlar. “Biz buna Vyetnam-Keycun ədvası əlavə edirik” deyir, Nquyen.

Nquyen “Crawfish &amp Noodles” restoranında Keycun yeməyinə Vyetnam dadlarını qatır. “Vətəmin Vyetnamda mənim nənəm gözəl yeməklər bişirərdi. Mən də onun yanında böyüdüyüm üçün bütün yeməklərin dadını bilirdim. Yəni mən yemək bişirəndə ona yardım edir və dadları öyrənirdim.”

Nquyen Vyetnamdan Amerikaya 1980-ci illərdə siyasi sığınacaq almaq üçün gəlib. O, oxuyur və Luiziana kazinosundakı restoran da daxil olmaqla, bir neçə yerdə işləyirdi. Lakin o, Körfəz Sahilində dəniz yeməkləri hazırlayan yeganə restoran sahibi deyil. “Birləşmiş Ştatlara ilk gələn vyetnamlı mühacirlərin çoxu krevet tutmaqla məşğuldur.”

Bundan sonra körfəzə Keycun məxtəbi gəlməyə başladı. “Keycunlar xərçəng, krivet, naxa balığı, timsah, yəni Keycun üslubunda yeməklərdən çox istifadə edir. Vyetnamlılar isə mədəniyyətə daha çox üstünlük verir. Mən Vyetnam ədvalarını bəzi Keycun yeməklərinə qatıram, çünki vyetnamlılar ədvanı sevir” deyə, Nquyen bildirir.

Keycun və Vyetnam mədəniyyətləri ilə Fransa mədəniyyəti arasında bir əlaqə var, çünki Vyetnam Fransanın müstəmləkəsi, Kaycunların əcdadları isə Fransa müstəmləkəçiləri olub.

Aşpaz Nquyen hazırladığı dəniz məhsullarını “Vyet-Keycun” mətbəxi adlandırır. Bu restorana vyetnamlılarla birlikdə qeyri-vyetnamlılar da dadların kombinasiyasına alışmağa başlayıb.

XS
SM
MD
LG