Accessibility links

Vikiliksin təsisçisi Culian Asanj London məhkəməsi qarşısına çıxıb


Vikiliksin təsisçisi Culian Asanj London məhkəməsi qarşısına çıxıb
Vikiliksin təsisçisi Culian Asanj London məhkəməsi qarşısına çıxıb

Britaniya polisi 39 yaşlı Asanjı dekabr ayında İsveç ittihamlarına əsasən həbs edib.

Vikiliksin təsisçisi Culian Asanj İsveçə ekstradisiya edilmədən müdafiə olunmaq üçün London məhkəməsi qarşısına çıxıb. Bugünkü dinləmə prosesual xarakter daşıyırdı. Ekstradisiya barədə tam dinləmə fevral ayında gözlənilir. Asanj məhkəmə proseslərinin Vikiliksin açıqlamalarına maneə törətmədiyini bildirib.

`Bizim Vikiliks işlərimiz əvvəlki qüvvə ilə davam edir, və biz indi Cablegate və başqa materialları nəşr edirik. Bu materiallar bir azdan bizim dünyada böyük və kiçik qəzet ortaqlarımız, həmçinin bir neçə insan hüquqları təşkilatları vasitəsilə yayımlanacaq,` deyə Assanj bildirib.

Britaniya polisi 39 yaşlı Asanjı dekabr ayında İsveç ittihamlarına əsasən həbs edib. O, 9 gün həbsdə qaldıqdan və 315 000 dollar məbləğində zəmanət ödədikdən sonra azadlığa buraxılıb.

XS
SM
MD
LG