Accessibility links

Türkiyədə Wikipedia onlayn ensiklopediyasına çıxış bloklanıb


Türkiyədə Wikipedia onlayn ensiklopediyasına çıxış bloklanıb. İnternet monitorinq qrupu bunu hökumətin tənqidi səsləri susdurması səyləri kimi qiymətlndirir. Səhifə bu gün yerli vaxtla səhər 8-dən etibarən bağlanıb.

Sayta girməyə cəhd edənlər “əlaqə başa çatmışdır” mesajı ilə qaşılaşır.

Sosial media

Monitorinq qrupu Tükiyə hökumətini Twitter or Facebook kimi sosial media saytlarını bağladığına görə tənqid edib. İnterneti blokladığını inkar edən hökumət bunu mühüm hadisələrdən sonra istifadəçilərin sayının artması ilə izah edib.

Saytın bağlanmasına dair rəsmi bəyanat olmasa da, Türkiyə mətbuatında buna terrorla əlaqələri məlumatların yayılmasına mane olmaq üçün əl atıldığı yazılıb.

Qərarı “İnformasiya və kommunikasiya texnologiyaları şurası” qəbul edib.

Media xəbərləri

Gündəlik Hürriyet qəzeti Türkiyənin Wikipediada “terroru dəstəkləyən ölkə” adlandırıldığı üçün saytın bağlandığını yazır.

Hüquq-müdafiə təşkilatları bunun senzura məqsədilə edildiyini bildirirlər.

Məlumatlara görə, konstitusiya islahatlarından sonra prezident Rəcəp Tayyip Ərdoğanın adı vikipediyada “dikdator” sözü ilə əvəz edilib.

Müxalifət hakimiyyəti vətəndaşların informasiya əldə etmək hüququnu pozmaqda ittiham edir.

XS
SM
MD
LG