Accessibility links

Rumıniyanın baş naziri korrupsiyada ittiham olunur


Viktor Ponta vergidən yayınma, çirkli pulların yuyulması və maraqların toqquşmasında şübhəli bilinir

Rumıniyanın anti-korrupsiya prokurorları baş nazir Viktor Pontaya qarşı cinayət işi qaldırıb. O, vergidən yayınma, şirkli pulların yuyulması və maraqların toqquşmasında şübhəli bilinir.

Cümə günü sualları cavablandıran cənab Ponta istefa verib-verməyəcəyini bildirməyib.

İttihamlar baş nazirin vəkil və parlament üzvü olduğu zamanlardan qaynaqlanır. Onun işi həm də siyasi tərəfdaşı Dan Sovayla bağlı istintaqla əlaqələndirilir. Dan Sova Ponta hakimiyyətində nəqliyyat naziri vəsifəsində çalışıb.

Bu ittihamlar Rumıniyanın DNA kimi tanınan anti-korrupsiya agentliyinin apardığı araşdırmanın tərkib hissəsidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG