Accessibility links

Donald Trampın ordu katibliyi vəzifəsinə nominasiya etdiyi Vinsent Viola namizədliyini geri çəkib


ABŞ prezidenti Donald Trampın ordu katibliyi vəzifəsinə nominasiya etdiyi Vinsent Viola namizədliyini geri çəkib. O, Müdafiə Nazirliyi çərçivəsində ailə biznesi səbəbindən çalışa bilməyəcəyini deyib.

The Military Times-ın yazdığına görə, Viola nominisiyasına görə, olduqca şərəf duyduğunu, lakin təsdiq prosesində uğurlu olmayacağını bildirib.

ABŞ-ın müdafiə naziri Cim Mattis Violanın qərarına görə təəssüf hissi keçirdiyini, lakin onun qərarını anlayış və ehtiramla qəbul etdiyini deyib.

Nazirlik yaxın zamanda bu vəzifəyə digər bir namizədin adını prezidentə təqdim edəcək.

Hərbi veteran Viola yüksək sürətli ticarət şirkətinin təsisçisidir.

XS
SM
MD
LG