Accessibility links

Parisdə 1 May etirazları zorakılıqla müşayiət olunub


Fransada 1 May etirazları
Fransada 1 May etirazları

Yeni seçilmiş prezident Emmanuel Makronun siyasətinə qarşı 1 May etirazları zamanı bazar günü Parisdə biznes binalarını qarət edən qara geyimli anarxistlərin qarşısını almaq üçün polis gözyaşardıcı qazdan istifadə edib.

Fransanın hər yerindən minlərlə insan 1 May yürüşlərinə qatılaraq maaşların artırılmasına və Makronun pensiya yaşının artırılması planından əl çəkməsinə çağırıb.

Etirazların əksəriyyəti dinc olsa da, zorakılıq paytaxtda baş verib, polis 54 nəfəri, o cümlədən yanğını söndürməyə çalışan yanğınsöndürənə hücum edən qadını həbs edib.

Bu barədə Daxili İşlər Naziri Gerald Darmanin Twitter hesabında bildirib. O əlavə edib ki, 8 polis yaralanıb.

Respublika Meydanı yaxınlığında yürüş başlayanda və Parisin şərqindəki Xalq Meydanına çatanda polislə toqquşmalar baş verib.

"Qara Blok" anarxistləri Leon Blum Meydanında yerləşən McDonald's restoranını talan edərək bir neçə daşınmaz əmlak agentliyini dağıdıblar, pəncərələrini sındırınlar və zibil qutularını yandırıblar.

Polis gözyaşardıcı qazla cavab verib.

Parisdə və Lill, Nant, Tuluz və Marsel kimi digər şəhərlərdə 250-yə yaxın mitinq təşkil edilib. Ümumilikdə, ölkə üzrə 116 500, o cümlədən paytaxtda 24 000 nümayişçi etirazlarda iştirak edib. Bu barədə Daxili İşlər Nazirliyi bildirib.

Parisdə həmkarlar ittifaqı üzvlərinə siyasi xadimlər - əsasən solçular - və iqlim fəalları qoşulub.

Yaşayış xərcləri prezident seçkiləri kampaniyasının əsas mövzusu idi və iyunda keçiriləcək qanunvericilik seçkiləri ərəfəsində Makronun biznes yönümlü siyasətlərini, o cümlədən pensiya yaşının 62-dən 65 yaşa artırılmasını həyata keçirə bilməsi üçün onun partiyası və müttəfiqləri qalib gəlməli olduğu görünür.

Yürüş iştirakçıları əllərində "Ortritdən əvvəl pensiya", "60 yaşında pensiya, qiymətləri dondur" və "Makron, çıx get" yazılmış plakatlar qaldırıblar.

Makron ötən bazar günü keçirilən səsvermədə ifrat sağçı rəqibi Marin Le Penə qalib gələrək yeni beş illik prezidentlik müddətinə başlayır.

Parlament seçkiləri iyunun 12 və 19-da keçiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG