İnternet bəzən coşğun, bəzən də məntiqsiz məkandır. Təsəvvür edin ki, sadəcə bir neçə insanın tərpənmədən yerində dayanması ilə məşhurlaşmaq belə mümkündür. ABŞ-da 2016-cı ilin viral videolarına nəzər salaq.
Sosial media erasında hər il viral videolarla yadda qalmaqdadır. Misal üçün bu ilin “Mannequin” sınağı.
Bu, sadəcə yerində donub qalmaq olsa da, Amerika polis departamenti də bu əyləncəyə qatılıb.
Kandis Peyn özünə ad günü hədiyyəsi olaraq Star Wars filmindən Chewbacca maskası alıb.
Noyabr seçkilərində Donald Trampın prezident seçilməsindən sonra sosial medialar Bayden Obama memləri ilə doldu. "Yox Co" viral sensasiyası həm də bir növ Obama və Bayden üçün vida mesajına çevrildi.
Onun sevincli gülüşü Facebookda 164 milyon dəfə izlənib.
"Chewbacca Ana" kimi tanınan Peyn bir çox TV şoulara dəvət alıb və insanlar maskanı almağa başlayıb. Qarşılığında o istehsalçı və brend tərəfindən minlərlə dollarlıq hədiyyələr əldə edib.
Floridada bir universitet hətta onun övladlarına tələbə təqaüdü də təklif edib.
DJ Xalid populyar musiqiçidir. İki fələstinli valideynin ABŞ-da doğulmuş oğlu özünü dindar müsəlman adlandırır.
Ancaq onun 2016-cı ildə Bloomberg Businessweek jurnalının maşetinə çıxmasına bu səbəb olmayıb.
DJ Xalid: "Jet ski-ni qaranlıqda sürməyin". Xalidi viral edən əvvəlcə onun sularda itməsi olmuşdu. Sonra isə onun övladının dünyaya gəlməsini göstərən Snapchat videosu...
Prezident Barak Obama və vitse-prezident Co Bayden viral videolara yad deyillər.
2016-cı ildə Ağ Evin videosunda prezident işarə kardlarını açaraq populyar yazıçı və bəstəkar Lin Manuel Mirandanın Obamanın ötən ildəki siyasətləri barədə sərbəst stildə rep deməsinə kömək edir.
Barak Obama: "Sizcə bu viral olacaq? 100 faiz olacaq."
Ancaq 2016-cı ilin sonlarında Baydenin virallıq növbəsi idi.
Noyabr seçkilərində Donald Trampın prezident seçilməsindən sonra sosial medialar Bayden Obama memləri ilə doldu. "Yox Co" viral sensasiyası həm də bir növ Obama və Bayden üçün vida mesajına çevrildi.