Accessibility links

ABŞ-ın Qərbi Virciniya ştatında müəllimlər maaşların azlığından şikayət edir


ABŞ-ın Qərbi Virciniya ştatında dördüncü gündür davam edən müəllimlərin eitraz aksiyası məktəblərin bağlanmasına səbəb olub.

Müəllimlərin maaşların az olması səbəbindən siniflərə qayıtmağa etiraz etməsi 55 rayonda minlərlə tələbənin təhsilsiz qalmasına səbəb olub.

Qərbi Virciniyada müəllimlər Birləşmiş Ştatlar boyu ən aşağı maaş alır.

Müəllimlər Qərbi Virciniya ştatının qubernatoru Cim Castislə üz-üzə görüşmək istəyir.

Qubernator isə onların şikayətini ünvanlamaq üçün qrupun yaradılmasının ən azı bir həftə vaxt alacağını deyib.

XS
SM
MD
LG