Accessibility links

Gündəlik həyat virtual reallıqda [Video]


Gündəlik həyat virtual reallıqda
please wait

No media source currently available

0:00 0:02:56 0:00

Hərəkəti izləmə texnologiyası bədən hərəkətlərini ekrana daşıyır. Bu texnologiyadan kompyuter oyunlarında geniş istifadə edilir. Fikirlərini bir qədər toplamaqla oyunçu özünü fərqli reallıqda hiss etməyə başlayır.

Britaniyada iki ixtiraçı bu fenomendən istifadə edərək, Aerodrums adlanan gözəgörünməz baraban ixtira ediblər.

Yüksək sürətli kamera baraban çubuqları və ayaqqabıların hərəkətlərini izləyir, sistem isə bunları real səsə çevirir.

İxtiraçı Riçard Lee deyir ki, bu sistem hətta baraban çubuqlarının yaratdığı fərqli zərbələri ayıra bilir.

Richard Lee: "Çox həssasdır. Gecikməni minumuma endirmək üçün çox araşdırma apardım. Aerodrumın sirri elə bundadır. Əgər gecikmə olsa, ifaçılar bunu hiss edəcək və ritm pozulacaq."

Digər ixtiraçı Yann Morvan deyir ki, onların məqsədi video oyun ixtira etmək olmayıb. Əsas məqsəd barabanda səssiz məşq edə bilməkdir.

Yann Morvan: "Biz bunun əsl barabanı təmsil edən musiqi aləti olmasını istədik."

İsveçrədə isə tədqiqatçılar insanın quş kimi uça bilmək arzusunun nəhayət gerçəkləşə biləcəyini deyir.

Birdly kimi tanınan quşa bənzər simulyatora bağlanan və virtual gözlüklər taxan insanın üzünə ventilyator vasitəsilə hava vurulur və o, qolları ilə deyil qanadları ilə uçduğunu hiss edir.

Lahiyənin rəhbəri Fabian Troksler deyir ki, uçuşa qolların hərəkəti vasitəsilə nəzarət edilir.

Fabian Troksler: "Mənim qollarım indi mənim qanadlarımdır. Beləliklə mən bütün platformaya qollarımla nəzarət edirəm. Aşağı enmək istəsəm platforma aşağı hərəkət edir. Mən qollarımı yuxarı qaldırsam, platforma da yuxarı qalxır. Mən həmçinin əks istiqamətdə hərəkət etsəm, dönə bilərəm. Sürət üçün isə quş kimi qanad çalmalıyam."

Tədqiqatçılar deyir ki, Birdly cihazı populyar oyuna çevrilə və eyni zamanda quşlar haqda biliklərin artırılmasına xidmət edə bilər.

XS
SM
MD
LG