Accessibility links

Poliomelit virusu dünyanın çox yerində məhv edilib [Video]


Poliomelit virusu dünyanın çox yerində məhv edilib
please wait

No media source currently available

0:00 0:01:50 0:00

Dünyada poliomelit xəstəliyinə son qoyulmasına yaxındır. Lakin bunun üçün xəstəliyə dünyanın hər yerimdə son qoyulmalıdır. Səhiyyə rəsmilərinin dediyinə görə, əgər bu xəstəliyin virusu haradasa qalsa, xəstəlik dünya boyu yayıla bilər.

Poliomelit virusu dünyanın çox yerində məhv edilib, lakin bəzi əlçatmaz yerlərdə hələ də qalmaqda davam edir.

Əfqanıstanda, Pakistanda və Nigeriyada fəaliyyət göstərən tibb dəstələri bəzi ucqar ərazilərdəki uşaqları peyvəndlə təmin etməyə çalışır. Lakin Əfqanıstan boyu iğtişaşlar və Şimali Nigeriyadakı münaqişəyə görə həmin bölgələrdəki minlərlə uşağa poliomelitə qarşı peyvənd etmək çətindir.

Uşaqları onları şikəst edən və ölümünə səbəb olan xəstəlikdən qorumaq üçün tibb dəstələri sərhədlərdə və münaqişə bölgələrində köç edən qəbilələrlə danışıqlar aparmalı olur. Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Təşkilatından doktor Endryu Etsano: “İnsanlar münaqişələr, iqtisadi durum, siyasi vəziyyət kimi səbəblər üçündən daim köçəri həyat yaşamalı olur. Bu insanlar virus daşıyıcıları ola bilər və onları müəyyən etmək, uşaqlara peyvənd vurulması olduqca mürəkkəbdir.”

Köçəri qruplar arasındakı poliomelit virusunun qarşısının alınması yolundakı səylərə baxmayaraq, yeni problemlərin yaranacağından ehtiyat edilir. ABŞ-ın Beynəlxalq Əməkdaşlıq Agentliyindən İrene Koek: “Virusun qarşısnın alınması üçün müdafiə kifayət qədər olmazsa, bu virus mutasiya edə bilər və ətraf mühitə yayıla bilər.”

Virusun mutasiya edib yayılmaması üçün isə bütün dünya boyu peyvənd edilməlidir.

Dünya Səhiyyə Təşkilatının 2017-ci ildə açıqladığı hesabatda yalnız 22 poliomelit virusu haqda məlumat verilir. Lakin belə az rəqəm arxayınlığa səbəb ola bilər. “İnsanlar yorulur, onlar bu proqramın başa çatacağını düşünür, biz isə yeni hədəflər axtarır və davam edirik” deyə, doktor Endryu Etsano bildirir.

Ekspertlər beynəlxalq və maliyyə dəstəyi olmadan poliomielit virusuna qarşı mübarizənin qeyri-mümkün olacağını deyirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG