Accessibility links

“Visa” və “Mastercard” ödəniş sistemləri Ukraynaya hərbi müdaxilə səbəbilə bir neçə Rusiya bankını bloklayıb


Visa və Mastercard ödəniş sistemləri Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra tətbiq olunan sanksiyalar səbəbilə bir neçə Rusiya bankını bloklayıb.

Sanksiyaya məruz qalan bankların müştəriləri xaricdə kartla ödəniş edə və xarici onlayn mağazalarda alış-veriş edə bilməyəcəklər. Google Pay və Apple Pay xidmətləri onlar üçün əlçatan olmayacaq.

Milli Ödəniş Kart Sistemindən bildirilib ki, sanksiyaya məruz qalan bankların Mastercard və Visa kartları Rusiya ərazisində işləməyə davam edəcək. Lakin bununla belə, banklar bu ödəniş sistemlərinin yeni kartlarında istifadəyə buraxa bilməyəcəklər.

Hansı maliyyə qurumlarının məhdudiyyətlərə məruz qaldığı barədə məlumat verilmir. Bundan əvvəl sanksiyalar VTB, BM-Bank, Sarovbusinessbank, Otkritie Bankı, Sovkombank, Novikombank, RQS Bank-a tətbiq olunub.

Visa və Mastercard humanitar yardım üçün hər biri 2 milyon dollar göndərəcəyini bildirib.

Rusiya prezidenti Vladimir Putin fevralın 24-nə keçən gecə Ukraynanın “nasifikasiyası və demilitarizasiyası” üçün “xüsusi hərbi əməliyyata” başlanıldığını elan edib. Bundan dərhal sonra Kyiv, Xarkiv, Odessa, Kramatorsk, Berdyanskda partlayışlar və raket hücumları ilə bağlı xəbərlər yayılmağa başlayıb. Rusiya qoşunları Ukraynanın 5 rayonunda sərhədi keçib.

Ukrayna Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsində Rusiyaya qarşı iddia qaldırıb. Avropa Komissiyasının rəhbəri Avropa İttifaqı ölkələrini Rusiyanın SWIFT beynəlxalq banklararası sistemdən çıxarılmasına səs verməyə çağırıb. ABŞ bunu dəstəkləyib.

ABŞ, Kanada, Avropa İttifaqı, Böyük Britaniya Rusiyanın birinci şəxsləri və Mərkəzi Bankı da daxil olmaqla maliyyə qurumlarına qarşı sanksiya tətbiq edib. Yaponiya da Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Rusiya parlamentinə və Rusiya prezidentinə sanksiyalar tətbiq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG