Accessibility links

Viskonsin qubernatorunu vəzifədən geri çağırmaq cəhdi iflasa uğradı


Viskonsin ştatının Respublikaçı qubernatoru Skott Voker opponentlərinin onu vəzifədən geri çağırma cəhdini pozaraq Demokrat rəqibini məğlub edib.

2011-ci ilin yanvarında qubernator seçildikdən az sonra Voker hökumət əməkdaşlarının maaşlarını artırmaq və başqa imtiyazlar əldə etmək imkanlarını sərt məhdudlaşdıran qanun qəbul etdirdi ki, bu, həmkarlar ittifaqlarını və Demokrat fəalları qəzəbləndirdi.

Yekun nəticələr Vokerin asanlıqla Milvoki meri Tom Barretti məğlub etdiyini göstərir. Seçkilərə rekord sayda seçici qatılıb. Barrett 2010-cu il qubernator seçkilərində də Vokerə məğlub olmuşdu.

XS
SM
MD
LG