Accessibility links

ABŞ-ın Viskonsin ştatında Sindhi məbədinə silahlı hücum olunub


ABŞ rəsmiləri Viskonsin ştatında Sindhi məbədinə hücum zamanı 6 adamı qətlə yetirmiş adamın sabiq ordu əsgəri olduğunu müəyyən ediblər.

Polis tərəfindən atışmada öldürülmüş həmin şəxs 40 yaşlı Ueyd Maykl Peycdir. Onun bədədnində çox sayda tatuirovka o cümlədən 2001-ci il 11 sentyabr terror hücumlarına istinad edən 9-11 yazısı aşkar olunub.

Cənubi Yoxsulluq Hüquq Mərkəzi Peycin neo-Nasist olduğunu bildirərək onun irqçi baxışlara malik "Etinaszılığa Son Qoy" adlı qrupa rəhbərlik etmiş olduğunu xəbər verir.

Hindistanın baş naziri Manmohan Sinqh hücumdan şoka düşdüyünü bildirib.

Dini etiqadı Sindhi olan baş nazir Birləşmiş Ştatları belə bir "alçaq hücumun" arxasında duran şəxsi müəyyən etməyə çağırıb.

Rəsmilər hadisənin Milvoki şəhərində baş verdiyini, hücumçunun 6 nəfəri qətlə yetirdikdən sonra polis tərəfindən vurularaq öldürüldüyünü bildirir.

Rəsmilər insidenti "ölkədaxili terror" aktı adlandırıb.
XS
SM
MD
LG