Accessibility links

Vyetnamda son 3 gün ərzində daha 16 cəsəd aşkar edilib


Daşqınlarda ölənlərin sayı 23-ə çatıb

Vyetnamın 4 vilayətində son 3 gün ərzində daha 16 cəsədin aşkar edilməsi ilə daşqınlarda ölənlərin sayı 23-ə çatıb.

Güclü leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 16 nəfər itkindir. 21 adam xəsarət alıb.

Təaii Fəlakətlər Komitəsinin bildirdiyinə görə, sellər 228 evi dağıdıb, yollar, məhsul sahələri və suvarma sistemlərini sıradan çıxarıb.

Axtarış və xilasetmə əməliyyatlarına 5 min əsgər, polis və könüllülər cəlb edilib.

Vyetnamda hər il təbii fəlakətlər səbəbi ilə yüzlərlə insan həyatını itirir.

XS
SM
MD
LG