Accessibility links

Vizasız Giriş Proqramı hücumlardan sonra diqqət mərkəzindədir [Təhlil]


Kaliforniya və Parisdə baş verən terror hücumları ABŞ liderlərini ölkəyə giriş və gələcəkdə baş verə biləcək hücumların qarşısını almaq kimi iki məsələyə yönəltməsinə səbəb olub.

Taşfin Məlik və Sayed Faruk
Taşfin Məlik və Sayed Faruk

Məsələlərdən biri Taşfin Məlik də daxil olmaqla, hər il 25 min insanın ABŞ-a gəlmək üçün istifadə etdiyi K-1 vizası ilə bağl islahatlar aparmaqdır. Taşfin Məlik və onun həyat yoldaşı bayram tədbirində 14 nəfəri öldürdükdən sonra polis tərəfindən qətlə yetirilib.

Digər məsələ isə ABŞ-a turizm və biznes üçün gəlmək istəyən 38 ölkəyə tətbiq olunan Vizasız Giriş Proqramı ilə bağlı islahatlar aparılmasından ibarətdir. Bu proqram həmin ölkələrin vətəndaşlarına ABŞ-da 90 gün qalmaq imkanı verir.

Biz Amerikaya vizasız daxil olanları yaxşı nəzərdən keçirməliyik. Bu yolla biz onların müharibə zonalarına gedib-getmədiklərini yoxlaya bilərik. Biz bunu etmək üçün Konqresdə hər iki partiyanın nümayəndələri ilə iş aparırıq.
ABŞ prezidenti Barak Obama

“Biz Amerikaya vizasız daxil olanları yaxşı nəzərdən keçirməliyik. Bu yolla biz onların müharibə zonalarına gedib-getmədiklərini yoxlaya bilərik. Biz bunu etmək üçün Konqresdə hər iki partiyanın nümayəndələri ilə iş aparırıq,” deyə prezident Barak Obama keçən bazar günü çıxışında deyib.

2013-cü ildə federal hökumətin verdiyi məlumatlara əsasən, Vizasız Giriş Proqramı ilə ABŞ-a gələn insanların sayı 21.2 miliyon olub. Bu ölkəyə turizm və ya biznes məqsədi ilə daxil olanların 39 faizini təşkil edir.

Konqresdə səs vermə

Nümayəndələr Palatası bu həftə proqramı ciddiləşdirəcək qanunu səsə qoyub. Yeni proqrama əsasən Vizasız Giriş Proqramında iştirak edən ölkələrin vətəndaşları son beş ildə İraq, Suriya və ya qeyd olunmuş digər ölkələrə səfər ediblərsə, onların girişinə viza tətbiq edilməsi nəzərdə tutulur..

Bundan əlavə, proqrama daxil olan 38 ölkədən birinin ABŞ-a səfər etmək istəyən şəxslərin təhlükəsizliyə hədə təşkil edə bildiyinə dair məlumatları Amerika ilə paylaşmaqdan imtina etməsi həmin ölkənin proqramdan kənarlaşdırılması ilə nəticələnəcək.

Obama həmçinin bildirib ki, o, Dövlət Departamenti və Daxili Təhlükəsizlik nazirliyin' K-1 viza qaydalarını yenidən nəzərdən keçirilməsini tapşırıb. K-1 vizas;nın əldə olunması digərlərindən asan olduğu üçün viza prosesi ilə bağlı suallar meydana çıxır.

Məlik Pakistanda böyüyüb və daha sonra Səudiyyə Ərəbistana köçüb. O ilk dəfə Sayed Farukla orada tanış olub. Farukun ailəsinin vəkili Məhəmməd Əbuerşadın bildirdiyinə görə, onlar internetdə tanışlıq saytı vasitəsi ilə əlaqə saxlayıblar.

Giriş sərbəstliyi

Cütlüyün bir dəfə görüşməsi nişanlı kimi K-1 vizası almaq üçün kifayət edib. Viza müraciətindən sonra iki il ərzində azı bir dəfə görüşmək şərtdir. Faruk görüşdüklərinə dair sübutları ABŞ-ın Mühacirət Xidmətinə göndərərək K-1 vizası üçün müraciət edib. Prosesin başlaması 6 aydan 12 aya qədər vaxt aparır. Bu müddətə səhiyyə, müraciət edən şəxs haqda özəl informasiya və onun gəlirləri haqda məlumatlar nəzərdən keçirilir.

İmmiqrasiya mərkəzinin nümayəndəsi Deyvid North bilidirib ki, K-1 vizası ilə ABŞ-a giriş nadir hallarda rədd edilib. O deyir ki, keçən il 304 nəfərə viza verilib və yalnız bir nəfər rədd cavabı alıb.

Məlikin işi qanunvericiləri bu viza növünə bəzi qadağaların tətbiq edilməsi məsələsi üzərində düşünməyə vadar edib. North deyir ki, bu viza növü ilə ABŞ-a daxil olan kiminsə cinayət törətməsi ilk dəfədir baş verib.

Mənim xatirladığıma görə, Yaxın Şərqdən tələbə və turist vizaları əsasında gəlib Birləşmiş Ştatlarda cinayət törədənlər olub, amma K-1 vizası ilə bu, ilk dəfədir baş verir. İmmiqrasiya mərkəzinin nümayəndəsi Deyvid North

“Mənim xatirladığıma görə, Yaxın Şərqdən tələbə və turist vizaları əsasında gəlib Birləşmiş Ştatlarda cinayət törədənlər olub, amma K-1 vizası ilə bu, ilk dəfədir baş verir,” deyə o bildirib.

Atəş açmaq üçün gərək əvvəlcədən bu düşünülə və nəzərdən keçirilə, deyə Corc Vaşinqton universitetindən Seamus Hyugis bildirir. “Bu çox çətin sualdır. Fikrimcə, Vizasız Giriş Proqramı üçün böyük təhlükə yaranır,” o əlavə edir.

K-1 vizası haqda debat Obama administrasiyasının Suriya qaçqınlarının yerləşdirilməsi planı ərəfəsinə təsadüf edir. Bəzi tənqidçilər deyir ki, qaçqınların böyük təhlükəyə təşkil etdiyini deyir. Çünki terrorçular yerləşdirmə proqramından istifadə edərək ölkəyə daxil ola bilər.

Ağ Evin sözcüsü Coş Earnest keçən həftə deyib ki, suriyalılara qarşı tətbiq olunan viza proqramı indiyədək ən çiddi viza proqramıdır. Bununla belə, K-1 vizasının yoxlama standartları o qədər də sərt deyil.

XS
SM
MD
LG