Accessibility links

Azərbaycanın beynəlxalq hava limanlarında “ASAN Viza” terminalları işə başlayıb


ASAN Viza
ASAN Viza

Mayın 15-də Azərbaycanın beynəlxalq hava limanlarında "ASAN Viza" özünəxidmət terminalları vasitəsi ilə əcnəbilərə vizaların verilməsinə başlanılıb. Bu barədə Azərbaycan prezidenti bu il yanvarın 31-də sərəncam imzalyıb.

Sərəncama görə, 2018-ci ilin 15 may tarixindən etibarən dövlətlərarası və ya hökumətlərarası müqavilələrdə nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanın beynəlxalq hava limanlarında vizaların verilməsi “ASAN Viza” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün ASAN Viza vasitəsi ilə birbaşa vizaların verilməsi təmin ediləcək.

Nyu-York-Bakı təyyarə reysi ilə səfər edən Amerika Birləşmiş Ştatlarının vətəndaşlarına da Heydər Əliyev beynəlxalq hava limanında 30 (otuz) günlük viza rəsmiləşdirilir.

"ASAN Viza" portalı və özünəxidmət terminalları Azərbaycan, ingilis, fransız, ispan, ərəb, fars və rus dilində olmaqla - 7 dildə fəaliyyət göstərir.

Orta hesabla bir əcnəbi vətəndaş üçün vizanın verilməsi 2 dəqiqə ərzində təmin olunacaq.

"ASAN Xidmət"in rəhbəri Ülvi Mehdiyev deyib ki, Yaponiya vətəndaşları üçün hava limanlarında "ASAN Viza" pulsuz olacaq, Türkiyə vətəndaşları üçün rüsum 11 dollardır.

Qalan ölkələrin vətəndaşları üçün hava limanlarında "ASAN Viza" rüsumu 26 dollardır.

Hazırda ümumilikdə "ASAN Viza" portalı vasitəsi ilə 95 ölkədə elektron viza verilməsi təmin edilir. Portal vasitəsilə viza rüsumunun məbləği 20 dollardır. Bütün sistem tam avtomatlaşdırılıb və mövcud elektron viza sistemi vasitəsi ilə ölkəyə gəlməzdən əvvəl 3 gün (standart) və 3 saat (təcili) ərzində vizaların verilməsi www.eviza.gov.az saytı vasitəsi ilə həyata keçirilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG