Accessibility links

Asim Mollazadə: Amerika və Azərbaycan viza rejimini ləğv etməlidir


Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə

Vizaların ləğvi iki strateji müttəfiq ölkə xalqlarının əlaqələrinin genişlənməsində mühüm rol oynayar

Azərbaycanla Amerika vizaların qarşılıqlı şəkildə ləğv edilməsi barədə danışıqlara başlamalıdır. Vizaların ləğvi iki strateji müttəfiq ölkə xalqlarının əlaqələrinin genişlənməsində və Amerika təhsil müəssisələrində çoxsaylı azərbaycanlıların oxuması üçün mühüm rol oynayar.

Bu barədə Bakıda keçirilən “Azərbaycan-ABŞ əməkdaşlığının regionda sülh və təhlükəsizliyin təmin edilməsində rolu” mövzusunda beynəlxalq konfransda Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, ABŞ Rusiya ilə viza rejimini ləğv etməyə hazırlaşır və bu yöndə hətta, iki ölkə arasında sənəd də imzalanıb.

“Ona görə yaxşı olardı ki, ABŞ ilk növbədə öz müttəfiqi olan ölkələrlə, o cümlədən, Azərbaycanla viza rejimini ləğv etsin və bununla bağlı indidən hazırlıq işlərinə başlasın”, o qeyd edib.

Şərhlərə bax (1)

Bu forum qapanıb

Dünyaya Baxış

Dünyaya Baxış. Qadın hüquqları fəalı azyaşlının zorlanmasına etiraz edib
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG