Accessibility links

Azərbaycan viza rüsumlarını endirib


Viza
Viza

İyunun 14-də Milli Məclis "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər qəbul edib. Birdəfəlik giriş və tranzit vizası verilməsi üçün rüsum 50 dollardan 20 dollara endirilib.

Bundan başqa, Azərbaycanda və ölkənin xaricdəki diplomatik missiyalarında konsulluq əməliyyatları üçün dövlət rüsumları ləğv olunub.

Həmçinin, turist vizaları, fərdi müqavilə üzrə təhsil alan tələbələrə verilən vizalar, tranzit vizaları üçün dövlət rüsumları (20 dollar) ləğv olunub.

Bu dəyişikliklər Formula-1 yarışları ərəfəsində qəbul edilib, amma dövlət başçısının təsdiq etməsindən sonra qüvvəyə minəcək.

XS
SM
MD
LG