Rusiyanın xəbər agentlikləri Sankt-Peterburq şəhəri yaxınlığındakı Sovet İttifaqının banisi Vladimir Leninin həykəlinin partladıldığını bildirir. Partlayış nəticəsində Bolşevik liderinin heykəlinə ciddi zərər dəyib. Puşkin rayonunda baş verən partlayış yaxınlıqdakı binaların şüşələrini sındırıb. Sank-Peterburq şəhərinin meri Valentina Matviyenko deyib ki, monumentə əl qaldırılması Rusiya tarixinə hücum kimi qiymətləndirilməlidir. 1991-ci il Sovet İttifaqının süqutundan sonra bir sıra şəhərlərdə Leninin heykəlləri etirazçılar və ya vandalların hədəfinə çevrilib.