Accessibility links

Vladimir Putin yenə prezident oldu (video)


Rusiyanın baş naziri Vladimir Putin bazar günü keçirilən prezident seçkilərində özünü qalib elan etdi. Baxmayaraq ki, Putin dünyanın ən böyük ölkəsi olan Rusiyada məşhurdur, paytaxt Moskvada onun populyarlığı tədricən azalır.

Bayraqlar və insan kütləsinin arxasında böyük bir avtobus karvanı düzülüb. Putin tərəfdarı və fəal Mixail Duxoviç deyir ki, o və bir çox başqa insanlar qələbə bayramında iştirak etmək üçün DTK-nın keçmiş qərərgahı qarşısında şənliklərə qatılmağa Moskvaya gəliblər.

Mixayil Duxoviç: “Vladimir Putin həqiqi namizəddir. O, bir və yeganə əsl namizəddir ki, üzərinə götürdüyü işləri başa çatdırır. Başqa namizədlər kimi sadəcə işlər haqda danışmır. Biz onun səkkiz il prezidentlik dövründə bu ölkə üçün çox işlər gördüyünü müşahidə etmişik.”

Duxoviç üçün cənab Putinin ikinci dönəmə prezident seçilərək 2024-cü ilədək prezident vəzifəsində qalması normal haldır.

Mixayil Duxoviç: “Əgər o, bir daha prezident seçilərsə və 12 il müddətə bu vəzifədə qalarsa, bütün qalan problemləri də həll etmək üçün onun kifayət qədər vaxtı qalmış olar.”

Lakin Putinin Moskvada keçirdiyi nümayişlərdə iştirak edən insanların əksəriyyəti əslində Rusiyanın bir çox başqa yerlərindən gəliblər.

Olqa Mixaylova: “Putin vəzifədə olan dövrdə mənim xoşuma gəlirdi. Lakin indi biz dəyişiklik istəyirik ki, iqtisadiyyat yaxşılaşsın və ölkədə şərait kiçik bizneslər üçün daha münbit olsun.”

Mixaylova öz səsini basketbol oynayan biznesmen və prezidentliyə namizəd Mixail Proxorova verdiyini deyir. Səsvermə məntəqəsindən çıxan iki nəfər öz səslərini Vladimir Putinə verdiklərini deyirlər.

Seçici: “Putinə səs verdim. Niyə? Bizim ölkəyə stabillik lazımdır. Ona görə ki, milyonerlər yaxşı yaşayır. Lakin bizim kimi sadə insanlar dolanmaq üçün yollar axtarmalıyıq.”

Lakin 75 yaşlı sabiq iqtisadçı, təqaudçü Lyudmila Elbakri deyir ki, insanlar dəyişiklik istəyir. Ona görə də o, öz səsini Mixayil Prokorova verdiyini deyir.

Lyudmila Elbakri: “İnsanlar dəyişiklik istəyir. İnsanlar başqa cür ölkədə yaşamaq istəyir.”

74 yaşlı sabiq universitet professoru, təqaüdçü İnka Kovorova bu fikirlə razılaşır.

İnka Kovorova: “Hərəkat olmalıdır, etiraz aksiyaları keçirilməlidir və ölkədə plüralizm olmalıdır.”

Bazar ertəsi gecə bayraqlar və şüarlar müxalifətə mənsub olacaq və əgər analitiklərin ehtimalları doğrudursa, onda etiraz aksiyasında iştirak edənlərin əksəriyyəti yenə də moskvalılar olacaq.

XS
SM
MD
LG