Accessibility links

Vladimir Putin prezident seçildi


Rusiyada Vladimir Putinin böyük səs fərqi ilə yenidən prezident seçilib.

Yekun nəticələr hələ ki, açıqlanmayıb.

Növbəti altı il hakimiyyətdə olacaq Putin son nəticələri gözləmədən Moskvanın Qızıl Meydanında tərəfdarları önündə qələbə çıxışı edib.

"Mən burada 100 yaşınadək oturacağammı? Yox, yox!"

Putin deyib ki, onun qələbəsi son illərdə əldə etdiyi nailiyyətlərin nəticəsidir.

"Mən etimad və ümid görürəm. Xalqımız eyni səviyyədə intensivlik və məsuliyyətlə işləyəcək və daha gözəl nəticələr əldə edəcək. Sizə belə güclü və milyonlardan ibarət komandamız olduğuna görə təşəkkür edirəm. Bizi qarşıdan uğurlar gözləyir," o deyib.

Putinin yeddi rəqibi üzərində əldə etdiyi qələbə nəticəsində o, 2024-cü ilə, yəni 71 yaşınadək prezident olacaq.

Putinin sərt tənqidçisi olan müxalifət lideri Aleksey Navalnıy səsvermədən diskvalifikasiya edilib.

Seçki kampaniyasının baş qərargahında yenidən prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı suala Putin, bu suallar “gülüncdür”- deyə cavab verib.

"Mən burada 100 yaşınadək oturacağammı? Yox, yox!"

Boris Yeltsindən sonra 1999-cu ildən bəri hakimiyyətdə olan Putinin Rusiyanın Krımı ilhaqın dördüncü ildönümü ərəfəsinə təsadüf edən seçkidə qalib gələcəyi onsuz da gözlənilirdi.

Dövlət Dumasının Avropadan dəvət etdiyi bütün o özünü müşahidəçi adlandıranlar da Putinin seçkilərdə 'rəqibləri' kimi 'müşahidəçi'dirlər.

Müxalifət lideri və namizəd kimi diskvalifikasiya olunmuş Aleksey Navalnıy Amerikanın Səsinə verdiyi müsahibəsində bildirib ki, hətta Avropadan gələn müşahidəçilər də daxil olmaqla, bütün seçki prosesi saxtakarlıqdan ibarətdir.

"Dövlət Dumasının Avropadan dəvət etdiyi bütün o özünü müşahidəçi adlandıranlar da Putinin seçkilərdə 'rəqibləri' kimi 'müşahidəçi'dirlər," deyə Navalnıy seçki prosesinin büsbütün qeyri-legitim olduğunu vurğulayıb.

İllər boyu korrupsiyaya qarşı mübarizə aparmış və hökumətin sərt tənqidçisi olan Navalnıy pul mənimsəmək ittiamları üzrə məhkum olunduğuna görə yarışdan kənarlaşdırılıb.

Avropa İnsan Haqları Məhkəsməsinin siyasi məhbus kimi tanıdığı və beş il şərti cəza almış Navalnıy seçkini boykot etməyə çağırıb.

XS
SM
MD
LG