Accessibility links

Rusiya dövlət televiziyası Vladimir Putinə sui-qəsd hazırlandığını deyir


Rusiya dövlət televiziyası Vladimir Putinə sui-qəsd hazırlandığını deyir
Rusiya dövlət televiziyası Vladimir Putinə sui-qəsd hazırlandığını deyir

Rusiya dövlət televiziyasının bildirdiyinə görə, Rusiya və Ukrayna hüquq-mühafizə orqanları baş nazir Vladimir Putinə sui-qəsd cəhdində şübhəli bilinən qrupu həbs ediblər. Bu gün televiziyanın birinci kanalında şübhəlilərin cənab Putini mart ayının 4-də keçiriləcək prezident seçkilərindən dərhal sonra qətlə yetirməyi planlaşdırdıqları bildirilib. Məlumatda şübhəlilərin Ukraynanın Qara Dəniz liman şəhəri Odessada həbsə alındıqları deyilir. Vladimir Putinin sözçüsü Dmitri Peskov İTAR-Tass xəbər agentliyinin məlumatını təsdiq etsə də, detallara varmayıb.



XS
SM
MD
LG