Accessibility links

Ruslar Moskvada canlı zəncir aksiyası keçiriblər


Ruslar Moskvada canlı zəncir aksiyası keçiriblər
Ruslar Moskvada canlı zəncir aksiyası keçiriblər

Vladimir Putinin prezidentliyə qayıdışına etiraz edən minlərlə rus Moskvanın mərkəzində əl-ələ verərək canlı zəncir yaradıblar.

Etirazçılar Moskvanın 16 kilometr uzunluqdakı Bağ Çevrəsi Yolu boyunca yan-yana düzülərək müxalifətin simvoluna çevrilmiş ağ bantlar geyiblər.

2000-08-ci illər arasında prezident olmuş Putin sonradan baş nazir oldu. Ötən sentyabrda o, hazırkı prezident Dmitri Medvedevlə yerini dəyişərək martın 4-də keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürdü.

Bağ Çevrəsi ötən iki bazar günlərində müxalifətin kütləvi aksiya məkanı olub.

XS
SM
MD
LG