Accessibility links

Vladimir Putin: Rusiya Azərbaycana və Ermənistana hansısa hazır reseptləri qəbul etdirməyə əsla çalışmır


Putin
Putin

Rusiya Qarabağ münaqişəsi tərəflərinə hansısa hazır həll variantlarını qəbul etdirməyə çalışmır. Bu barədə Rusiya prezidenti Vladimir Putin Azərbaycana avqustun 8-də gözlənilən səfəri ərəfəsində AZƏRTAC dövlət agentliyinə müsahibəsində söyləyib.

O bildirib ki, Rusiya həqiqətən maraqlıdır ki, qonşu regionda sülh və asayiş yenidən bərqərar olsun, orada insanlar həlak olmasınlar, sərhədlər açılsın, iqtisadi əlaqələr bərpa edilsin.

Tərəflər kənardan təzyiq olmadan özləri razılığa gəlməli, qarşılıqlı məqbul həll yollarını tapmalıdırlar. Bu, bizim qəti mövqeyimizdir.

“Bunun üçün nə mümkündürsə edirik. Xatırladım ki, Rusiyanın birbaşa köməyi ilə 1994-cü ilin mayında atəşkəs haqqında saziş imzalanıb və bu saziş indiyə qədər atəşkəsin əsasını təşkil edir. 2008-ci ildə Moskva Bəyannaməsinin qəbul edilməsi mühüm mərhələ oldu. Sənəddə təsdiq edilib ki, münaqişənin tənzimlənməsinə yalnız siyasi yolla nail olmaq mümkündür. Yeri gəlmişkən, bu, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Azərbaycan və Ermənistan prezidentlərinin imzaladıqları ilk və hələlik yeganə sənəddir. Bu il aprel ayının əvvəlində irimiqyaslı döyüş əməliyyatlarının dayandırılmasında da məhz Rusiya həlledici rol oynayıb”, o qeyd edib.

Putin xüsusi vurğulayıb ki, Rusiya Azərbaycana və Ermənistana hansısa hazır reseptləri qəbul etdirməyə əsla çalışmır.

“Tərəflər kənardan təzyiq olmadan özləri razılığa gəlməli, qarşılıqlı məqbul həll yollarını tapmalıdırlar. Bu, bizim qəti mövqeyimizdir.

Kompromisin əldə edilməsi ərazi bütövlüyü və xalqların təyini-müqəddərat hüququ prinsipləri arasında optimal tarazlığın tapılmasını nəzərdə tutur. Biz Azərbaycan və Ermənistan rəhbərliyi üzərində necə böyük bir məsuliyyətin olduğunu tam başa düşürük. Münaqişənin həllinə dair bu il iyunun 20-də Sankt-Peterburqda keçirilən sonuncu sammitdə üstünlük təşkil edən konstruktiv əhval-ruhiyyəni alqışlayırıq”.

Onun fikrincə, tənzimlənmənin son məqsədi elə bir razılaşma olmalıdır ki, tərəflərdən heç biri nə qalib, nə də məğlub sayılsın, güzəştlər qarşılıqlı, tərəflərin hər birinin qazancı həm Azərbaycanda, həm Ermənistanda ictimai rəy üçün aydın olsun.

“Öz növbəsində Rusiya problemin cəlb olunmuş bütün tərəfləri razı salacaq həll variantını dəstəkləməyə, digər vasitəçilərlə birlikdə tənzimləmənin qarantı kimi çıxış etməyə hazırdır”.

Bəzən deyirlər ki, Rusiya Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı fəaliyyəti inhisarlaşdırmağa, digər vasitəçiləri kənarlaşdırmağa çalışır.

Bəzən deyirlər ki, Rusiya Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı fəaliyyəti inhisarlaşdırmağa, digər vasitəçiləri kənarlaşdırmağa çalışır.

“Bu, yanlış təsəvvürdür. Rusiya prezidentinin iştirakı ilə Qarabağ mövzusuna dair üçtərəfli sammitlər, - onların sayı iyirmidən çoxdur, - münaqişənin tənzimlənməsi üzrə ATƏT-in həmsədrləri Rusiya, ABŞ və Fransa olan Minsk qrupunun səylərini üzvü şəkildə tamamlayır. Qeyd edim ki, Sankt-Peterburqda yuxarıda adı çəkilən üçtərəfli zirvə görüşünün yekun hissəsində Amerika və Fransa nümayəndələri də iştirak ediblər”, president xatırladıb.

Öz növbəsində bu il mayın 16-da Vyanada ABŞ-ın təşəbbüsü ilə İlham Heydər oğlu Əliyevin və Serj Azatoviç Sarkisyanın görüşünə Rusiyanın xarici işlər naziri Sergey Viktoroviç Lavrov və Fransa Xarici İşlər Nazirliyinin Avropa işləri üzrə dövlət katibi Arlem Dezir dəvət ediliblər.

“Belə yanaşma beynəlxalq münaqişələrin həllində necə işləməyin mümkün və lazım olmasının nümunəsidir. Ümidvaram ki, tərəflərin hamını qane edən həllə nail olmalarına birgə səylərlə kömək edə biləcəyik”, V.Putin deyib.

O regionda terrorizmə qarşı mübarizədə Rusiya, Azərbaycan və İranın birgə fəaliyyətindən danışarkən deyib ki, Rusiya, Azərbaycan və İranı Əfqanıstan və Yaxın Şərq kimi iki iri qeyri-sabitlik ocağının olması narahat etməyə bilməz.

Rusiya, Azərbaycan və İranı Əfqanıstan və Yaxın Şərq kimi iki iri qeyri-sabitlik ocağının olması narahat etməyə bilməz.

“Bu regionlardan ilk növbədə narkotiklərin axınının, silah qaçaqmalçılığının, silahlıların yerdəyişməsinin artması ilə bağlı beynəlxalq terrorizm və transsərhəd cinayətkarlıq təhlükəsi yaranır. Burada ikili standartlar olmamalıdır, terrorçuları “yaxşılar”a və “pislər”ə bölmək olmaz. Əlbəttə, terrorçu, radikal və ekstremist qruplaşmalardan siyasi və ya geosiyasi maraqlar üçün istifadə etməyə çalışmaq yolverilməz və son dərəcə təhlükəlidir”.

Onun fikrincə, hər üç ölkələ beynəlxalq birlikdə məhz bu prinsipləri fəal surətdə önə çəkir, istər siyasi səviyyədə, istərsə də hüquq mühafizə və xüsusi xidmət orqanları xətti ilə çoxtərəfli əməkdaşlığı maksimum genişləndirməyə və möhkəmləndirməyə çalışır.

“Bu gün Rusiya, Azərbaycan və İranın bu sahədə sıx dialoq yaratmasından danışmaq olar. Belə ki, biz Bakı ilə MDB-nin Antiterror Mərkəzi çərçivəsində, habelə ikitərəfli əsasda qarşılıqlı fəaliyyət göstəririk. Mühüm yanaşmalarda Tehranla da mövqelərimizdə yaxınlaşma var. Şanxay Əməkdaşlıq Təşkilatının xətti ilə çoxtərəfli antiterror əməkdaşlığının dərinləşməsində əlavə imkanlar görürük. İranlı tərəfdaşlarımızla birlikdə narkotiklərin qaçaqmalçılıq yolu ilə daşınması kanallarının kəsilməsi üzrə “Təmiz Xəzər” adlı əməliyyat keçiririk. “Xəzər antinarkotik beşliyi” forumunun böyük potensialı var.

Hesab edirəm ki, üçtərəfli formatda da terror və narkotiklər əleyhinə qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün çox yaxşı perspektivlər var.

Hesab edirəm ki, üçtərəfli formatda da terror və narkotiklər əleyhinə qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün çox yaxşı perspektivlər var”, Putin bildirib

Onun sözlərinə görə, avqustun 8-də Rusiya, Azərbaycan və İran rəhbərləri iqtisadiyyat, təhlükəsizlik və terrorizmə qarşı mübarizə sahələrində uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcək.

“Ümumi uzunluğu 7200 kilometr olan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi flaqman layihəsi bizim danışıqların fokusunda olacaq. Bu layihə Hindistandan, İrandan, Fars körfəzi ölkələrindən Azərbaycanın, Rusiya Federasiyasının ərazisinə, daha sonra Şimali və Qərbi Avropaya tranzit yüklərin daşınması üçün optimal imkanlar yaradılmasına yönəlib”.

Rusiya prezidenti deyib ki, üçtərəfli dialoqun “Xəzər” tərkib hissəsi də olacaq.

Ümumi uzunluğu 7200 kilometr olan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi flaqman layihəsi bizim danışıqların fokusunda olacaq.

“Məlum olduğu kimi, son illərdə Xəzəryanı ölkələr Xəzərdə əməkdaşlığın müxtəlif aspektləri, o cümlədən onun energetika və bioloji resurslarından istifadə edilməsi ilə bağlı məsələlərin razılaşdırılmasında xeyli irəliləyişə nail olublar. Müvafiq sazişlər imzalanıb, onlar uğurla reallaşır. Xəzər dənizinin hüquqi statusu barədə əsas konvensiya üzərində iş başa çatmaq üzrədir”, o vurğulayıb.

İranla münasibətlərə toxunan Putin deyib ki, neft-qaz, aviakosmik və elektroenergetika sahələrində irimiqyaslı birgə layihələr işlənib hazırlanır. Rusiya Fars körfəzi sahilində, Bəndər-Abbas şəhəri yaxınlığında istilik elektrik stansiyasının tikintisinin maliyyələşdirilməsi və İranın şimal-şərqində Qarmsar-İncəburun dəmir yolu sahəsinin elektrikləşdirilməsi üçün İrana 2,2 milyard avro məbləğində iki dövlət krediti vermək niyyətindədir.

Rusiya prezidenti Rusiya ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirib. .

“Bu münasibətlərin əsasını qədim dostluq və mehriban qonşuluq ənənələri, hüquq bərabərliyi, bir-birinin mənafelərinə hörmət, ortaq tarix və mədəniyyət, milyonlarla insanın qaynayıb-qarışmış taleləri təşkil edir.

İki ölkənin dövlət başçıları, hökumətləri və parlamentləri arasında qarşılıqlı etimada əsaslanan əlaqələr məhz bu cür möhkəm təməl üzərində inkişaf edir. Ticari-iqtisadi və investisiya, energetika sferalarında, nəqliyyat infrastrukturu, avtomobilqayırma, səhiyyə sahələrində qarşılıqlı faydalı əməkdaşlıq dərinləşir.

Bir faktı da qeyd edim ki, regionlarımız arasında kooperasiya çox yüksək səviyyəyə qalxıb. Bu gün Rusiya Federasiyasının 17 subyekti Azərbaycandakı tərəfdaşları ilə ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişləri həyata keçirir. Rusiyanın 70-dən çox regionunun müəssisə və şirkətlərinin sizin ölkə ilə xarici ticarət münasibətləri var”.

O Xəzərdə əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensialın olduğunu diqqətə çatdırıb.

Hazırda 15 minə yaxın azərbaycanlı tələbə Rusiyada təhsil alır, Azərbaycanda isə Rusiya ali məktəblərinin filialları uğurla fəaliyyət göstərir.

“İlk növbədə Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın daxil olduğu “Xəzər beşliyi” və İranın iştirakı ilə formalaşmaqda olan üçtərəfli partnyorluq çərçivəsində. Humanitar əlaqələr dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayır. Məsələn, qeyd edə bilərəm ki, təhsil sahəsində əlaqələrin dinamikası durmadan artır. Hazırda 15 minə yaxın azərbaycanlı tələbə Rusiyada təhsil alır, Azərbaycanda isə Rusiya ali məktəblərinin filialları uğurla fəaliyyət göstərir”.

Rusiya prezidenti ticarət əlaqələrindən danışarkən deyib ki, dünya iqtisadiyyatının mürəkkəb, əlverişsiz konyunkturu işgüzar əlaqələrə də təsir göstərib.

“Bununla belə, Rusiyanın MDB ölkələri ilə xarici ticarətində Azərbaycan Belarus, Qazaxıstan, Ukrayna və Özbəkistandan sonra beşinci yeri tutur. Rusiya isə Azərbaycan mallarının idxalında liderlik edir.

Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 2014-cü ildəki 4 milyard dollar ilə müqayisədə 30 faiz azalaraq 2,8 milyard dollara düşüb.

Federal Gömrük Xidmətinin məlumatına görə 2015-ci ildə Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 2014-cü ildəki 4 milyard dollar ilə müqayisədə 30 faiz azalaraq 2,8 milyard dollara düşüb. Bu il vəziyyətdə hələlik dönüş edə bilməmişik: yanvar-may aylarının yekunlarına görə qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 568,5 milyon dollar olub. Bu, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 52,8 faiz azdır”, 0 qeyd edib.

O bazarda tələbat duyulan Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiyaya satışının, həmçinin Rusiyadan Azərbaycana əkin sahələrinin genişləndirilməsi üçün zəruri olan gübrə və kənd təsərrüfatı texnikası ixracının artırılması qarşılıqlı ticarətin genişlənməsində mühüm rol oynaya bilər.

“Hesab edirik ki, “Uralvaqonzavod” tərəfindən Azərbaycana dəmir yolu nəqliyyatı göndərilməsi, “Krasnoye Sormovo” zavodu tərəfindən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi üçün iki tankerin tikintisi və çatdırılması, Rusiyanın “R-Farm” şirkətlər qrupunun iştirakı ilə birgə əczaçılıq istehsalatının təşkili üzrə planlar tam həcmdə yerinə yetiriləcək.

Hazırda ölkələrimizin şirkətləri arasında qarşılıqlı hesablaşmalar əsasən dollarla aparılır. Biz bu şirkətlərin qarşılıqlı hesablaşmalarının milli valyutalara keçirilməsini stimullaşdıran şərait yaradılması işini davam etdirəcəyik.

Nəqliyyat, maliyyə, sığorta, telekommunikasiya, mədəniyyət və istirahət sahələrində xidmətlərin qarşılıqlı ticarətinin genişlənməsi ticari-iqtisadi əlaqələrin inkişafının daha bir mühüm istiqaməti ola bilər. Bu sahələr elə indi əmtəə dövriyyəsinin ümumi göstəricilərinə təxminən 20 faiz – 0,5 milyard dollar əlavə edir”, o qeyd edib.

Prezidenti deyib ki, əmtəə dövriyyəsinin azalması fonunda dövlətlərin investisiya sahəsində əməkdaşlığı tamamilə sabit inkişaf edir.

“Bu gün Rusiyanın 600-ə yaxın şirkəti, o cümlədən yüz faiz Rusiya kapitalı əsasında işləyən iki yüzə yaxın şirkət Azərbaycan bazarında fəaliyyət göstərir. Eyni zamanda, Rusiyanın Azərbaycana birbaşa investisiyaları 1,4 milyard dollara yaxındır. Hazırda ölkələrimizin şirkətləri arasında qarşılıqlı hesablaşmalar əsasən dollarla aparılır. Biz bu şirkətlərin qarşılıqlı hesablaşmalarının milli valyutalara keçirilməsini stimullaşdıran şərait yaradılması işini davam etdirəcəyik”, Putin deyib.

XS
SM
MD
LG