Accessibility links

Vladiqafqazda intiharçı partlayışı nəticəsində həlak olanların sayı 17 nəfərə çatıb


Baş Nazir Vladimir Putin bildirib ki, hadisə etnik qarşıdurma yaratmaq məqsədi daşıyır və qarşısı alınmalıdır

Vladiqafqazda açıq bazardakı intiharçı partlayışı ilə əlaqədar prezident Dmitri Medvedev terroçulara qarşı sərt cəzalar verilməsini tələb edib. Bu gün vilayət boyu bayraqlar yarıya endirilib. Rusiyanın qaynar Şimali Qafqaz regionunda intiharçı partlayışı nəticəsində həlak olanların sayı 18 nəfərə çatıb. Bu gün sakinlər hadisə qurbanlarının xatirəsini matəmlə yad ediblər. Rusiya polisi dünən Vladiqafqazda hücumda şübhəli bilinən üç nəfəri həbs edib. 100-dən çox insan hələ də xəstəxanadadır. Rəsmilər yaralananlardan 11-nin vəziyyətlərinin ağır olduğuna görə müalicə üçün Moskvaya çatdırıldıqlarını bildiriblər. Rusiya təhqiqadçıları intiharçının izdihamlı açıq bazarda hücumu həyata keçirərək, metal qırıntılarla doldurulmuş 30 kiloqram bombanı bazarın əsas qapısının qarşısında günorta çağı partlatdığını deyirlər. Hadisənin arxasında kimlərin dayandıqları məlum deyil. Baş Nazir Vladimir Putin bildirib ki, hadisə etnik qarşıdurma yaratmaq məqsədi daşıyır və qarşısı alınmalıdır.

XS
SM
MD
LG