Accessibility links

Tonqada vulkanik kül BMT-nin yardım əməliyyatına mane olur


Birləşmiş Millətlər Təşkilatı bildirir ki, fövqəladə hallarda yardım qrupları Sakit okeanın cənubundakı Tonqa adasında vulkan püskürməsi və sunami nəticəsində zərər çəkmiş minlərlə qurbana humanitar yardım göstərmək üçün hazır vəziyyətdədir.

Adanın əsas uçuş zolağı şənbə günü sualtı vulkan püskürməsi nəticəsində yaranan qalın küldən təmizlənənə qədər yardım təyyarələri Tonqaya enə bilmir.

Planlaşdırılan genişmiqyaslı humanitar əməliyyatın dayandırıldığı bir vaxtda, BMT rəsmiləri hökumətin və yerli yardım agentliklərinin zərərin miqyasını və sonrakı ehtiyacları qiymətləndirdiklərini bildirirlər.

Onlar deyirlər ki, Tonqa hökuməti əsas Tonqatapu adasında iki nəfərin öldüyünü və 150 evin zədələndiyini və dağıldığını təsdiqləyir.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin sözçüsü Yens Laerkenin dediyinə görə, son hesabatlar ölkənin paytaxtı Nukualofanın infrastrukturuna xeyli ziyan dəydiyini göstərir.

O bildirir ki, iki kiçik, alçaq adalardakı insanların rifahı ilə bağlı çox narahatlıq var - indiyə qədər onlara çatmaq mümkün olmayıb.

"Təmiz su mənbələri insanların yalnız şüşə su içmələrini xahiş edən Tonqa hökumətini narahat edən başqa bir məsələdir. Çünki su mənbələri kül, zibil və dəniz suyu ilə çirklənə bilər. Tonqa rəsmilərinin qiymətləndirmələri davam edir və tələb olunanların daha yaxşı qiymətləndirilməsini təmin etməlidir” – deyə, Laerke qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatı 89 məcburi köçkünün adadakı təxliyə mərkəzlərinə sığındığını bildirir. Təbii fəlakət nəticəsində evsiz qalan başqaları isə qohumları və dostlarının evində qalırlar.

Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Kristian Lindemeyer sunaminin ölkənin telekommunikasiya infrastrukturuna, o cümlədən dənizaltı internet kabelinə böyük ziyan vurduğunu deyib.

Bununla belə, o, adadakı tibb anbarları və səhiyyə müəssisələrinin zədələnmədiyini, tam işlək olduğunu və bu fəlakətdən qaynaqlanan sağlamlıq problemləri olan insanları müalicə edə bildiyini vurğulayır.

"Narahatlıq, əlbəttə ki, var. Tonqatapu üzərinə düşmüş təxminən iki santimetr kül və toz, havanın çirklənməsi, su təchizatının potensial çirklənməsi ilə bağlı narahatlıqları artırır...Kül nəticəsində yaranmış çətinliklərin qarşısını almaq üçün evdə qalın, çölə çıxarkən maskalardan istifadə edin və şüşə suları için" – deyə, Lindemeyer qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatı bundan sonra vulkanik fəaliyyətin istisna oluna bilməyəcəyi barədə xəbərdar edir və sunami xəbərdarlığı verilərsə, insanları ayıq olmağa və daha yüksək yerlər axtarmağa çağırır.

Tonqa COVID-dən azad zonadır və bu statusu qorumaq üçün çox ciddi protokollara malikdir. BMT rəsmiləri qeyd edir ki, humanitar fəaliyyətin ilk qaydalarından biri daha çox zərər verməməkdir. Onlar ölkəyə giriş üçün bütün lazımi protokollara əməl olunmasını təmin edəcəklərini bildirirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG