Accessibility links

Volkswagen emissiya qalmaqalı ilə əlaqədar olaraq rekord cərimə ödəyəcək


ABŞ-ın federal hakimi Volkswagen şirkətinin Amerika tarixində ən böyük avtomobil qalmaqalına son qoymaq üçün rekord 14,7 milyard dollar ödəməsinə icazə verib.

Qərara əsasən 2.0 4-silindr dizel mühərriki olan 475 min Volkswagen və Audi sahibləri gələn çərşənbə günündən başlayaraq avtomobillərinin geri alınmasıni tələb edə bilər.

Bu razılıq ötən ilin sentyabr ayında Volkswagen emissiya testinin nəticələrini olduğundan daha yaxşı göstərmək üçün onları dəyişdirdiyini etiraf etməsindən sonra baş verən son inkişafdır.

Qalmaqal avtomobil istehsalçısına qlobal miqyasda zərər vurub və icraçı direktorun vəzifəsindən azad edilməsinə səbəb olub.

Razılığa əsasən, alman avtomobil istehsalçısı maşınları geri almaq və sahiblərə kompensasiya ödəmək üçün 10 milyard dollara yaxın pul sərf etməlidir. Bundan əlavə, Volkswagen artıq emissiyaları aradan qaldırmaq üçün əlavə 4,7 milyard dollar pul xərcləyəcək.

Dünyanın ikinci ən böyük avtomobil istehsalçısı hələ də 86 min nöqsanlı 3 litrlik maşınlardakı problemi həll etmək və ölkənin təmiz hava qanunlarını pozması səbəbilə tətbiq olunan federal cərimələri ödəmək üçün əlavə xərclərlərə üzləşir.

XS
SM
MD
LG