Accessibility links

Volsvaqen şirkəti məhkəməyə verilib


Volsvaqen dizel avtomobillərində emissiya testlərinə müdaxilə etməkdə təqsirləndirildikdən sonra ABŞ və Kaliforniya ştatı ilə razılıq əldə edib. Razılıq avtoistehsalçı şirkətə 1 milyard dollara başa gələcək.

Razılğa görə şirkət Volksvaqen zavodlarında Porşe və Audi modelləri də daxil olmaqla, 2009-cu ildən 2016-cı ilədək istehsal edərək satdığı 83 min avtomobilini ya geri almalı, ya da təmir etməlidir.

Kaliforniya ştatı Volksvaqen şirkətini ştatın Təmiz Hava Aktını pozmaqda təqsirləndirib.

Volksvaqen dizellə işləyən bəzi avtomobillərini elə proqramlaşdırıb ki, avtomobil emissiya testi edilən zaman hava çirkləndirməsinə nəzarət rejiminə keçir və avtomobil idarə edən vaxt isə bu cihaz yenidən sondürülür.

Federal məhkəmə oktyabr ayında Volksvaqen şirkətindən qanunsuz softveyerin yerləşdirildiyi avtomobillərin sahiblərinə kompensasiya ödəməsini istəyib.

Voksvaqen istifadəçilərini daha keyfiyyətli və yanacağa qənaət edən avtomobillərlə təmin etmək üçün emissiya testində saxtakarlığa yol verdiyini etiraf edib.

Avtomobil istehsalçısı fərdi avtomobil sahibləri tərəfindən də məhkəməyə verilib və hələ də cinayət ittihamları ilə qarşılaşmaqdadır.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG