Accessibility links

Volvo elektriklə idarə edilən avtomobillərin istehsalına başlayır


İsveçin tanınmış avtomobil istehsalçısı Volvo 2019-cu ildən etibarən elektriklə idarə edilən avtomobillərin istehsalına başlamaq üçün mühərriklərini yeni fazaya uyğunlaşdırmaq niyyətini açıqlayıb.

Çinlilərin sahib olduğu Volvo bu dəyişikliyi elan edən ilk ənənəvi avtomobil istehsalçısıdır.

Volvonun prezidenti Hakan Samuelson çərşənbə günü elektriklə idarə edilən avtomobillərə olan tələbin artdığını və müştərilərin bu tələbinə cavab vermək istədiklərini elan edib.

Avtomobillərinin yüksək təhlükəsizlik səviyyəsi ilə ad qazanan şirkət bildirir ki, 2019 və 2021-ci illər arası alıcılara elektriklə çalışan beş avtomobil təklif edəcək. Onların üçü Volvo brendi ilə, digər ikisi isə lüks kateqoriya üçün nəzərdə tutulmuş Polester breni altında satılacaq.

2010-cu ildə Volvonu əldə edən Çinin Geely şirkətinin belə qərar verməsinin səbəbinin Çində hava tullantıları səviyyəsinin yüksək olduğundan elektriklə idarə edilən avtomobillərə diqqətin artması olduğu ehtimal edilir.

Almaniyanın Avtomobil Araşdırmaları Mərkəzinin verdiyi məlumata görə, Çin elektriklə idarə edilən avtomobillərin yarısına sahibdir. Ölkə rəsmiləri 2020-ci ilə qədər küçələrdə 5 milyon elektriklə idarə edilən avtomobil olmasını istəyir.

Elektriklə idarə edilən avtomobillərin aparıcı istehsalçısı olan Tesla artıq Şanxay yaxınlığında zavod açmaq üçün ölkə rəsmiləri ilə danışıqlara başlamaq niyyətini elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynada daşqın ərazilərində xilasetmə işləri davam edir
please wait

No media source currently available

0:00 0:11:24 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG