Accessibility links

Rusiyanın şimalında tənha qalmış Vorkuta şəhəri [Video]


Rusiyanın şimalında tənha qalmış Vorkuta şəhəri
please wait

No media source currently available

0:00 0:02:47 0:00

Rusiyanın uzaq şimalında yerləşən Vorkuta şəhəri yavaş-yavaş Arktika tundrasına çevrilir. Yerli kömür mədənləri bağlandığı üçün şəhər əhalisi azalıb, şəhərin gələcəyi isə qeyri-müəyyəndir. Vorkutanın taleyi Sovet sənayelərinin çökdüyü Rusiyanın uzaq şimalında yaşanan daha genişmiqyaslı əhali böhranını əks etdirir.

Xərclər yerli hakimiyyətin büdcəsini aşır. Ona görə də, bizim vəzifəmiz gələcəyi olmayan qəsəbələri təmizləyib, insanları şəhər mərkəzinə yerləşdirməkdir.
İqor Qurlev

Bir zamanlar Sovetski qəsəbəsində minlərə mədənçi və onların ailələri yaşayırdı. O zamanlar Sovet İttifaqı onları Vorkutanın zəngin kömür yataqlarını kəşf etməyə yollamışdı. 1990-cı illərdə isə oradakı yerli mədən bağlandı. İnsanlar Sovetskini tərk etdi .

Amma hər kəs getmədi. Bəziləri hələ də Sovetskidə yaşamağa davam edir. Onlardan biri 50 yaşlı pensioner Eduard Parşindir. O, şəhərin çox tənha olduğunu deyir.

“Mənim binamda cəmi üç ailə yaşayır. Bizim blokda 80 mənzil var, orada da təkcə mən yaşayıram. Bütün qəsəbədə vəziyyət belədir. Nə deyə bilərəm. Qəsəbə ölür, hətta artıq ölüb,” o söyləyir.

Rusiyanın Arktika əhalisi sürətli şəkildə azalır. Belə ki, 2000-ci ildən bəri əhalidə 15 faiz azalma olub. Mərkəzi Sovet sisteminin çökməsi ilə milyonlarla insan hökümətin köçürmə proqramları və Dünya Bankının maliyyə yardımı ilə daha yaxşı imkanlar axtarışında cənuba üz tutub.

Vorkuta rəsmiləri qalan sakinləri şəhər mərkəzinə köçürmək istəyir. Lakin köhnə mənzillər dəyərsizdir. Şəhərin meri isə Moskvanın yardımına çağırır.

“Xərclər yerli hakimiyyətin büdcəsini aşır. Ona görə də, bizim vəzifəmiz gələcəyi olmayan qəsəbələri təmizləyib, insanları şəhər mərkəzinə yerləşdirməkdir,” deyə İqor Qurlev bildirir.

Vorkuta
Vorkuta

Mərkəzdə isə hələ də həyat var. Şəhəri tərk edənlərin çoxu pensionerlər olduğu üçün indi şəhər əhalisinin əksər hissəsini gənclər təşkil edir.

Universitetdəki əsas tədris planı mədənçilik üzrədir. Tələbələrin çoxu isə yaşadıqları şəhərlə qürur duyur.

“Kömür olmasa, Vorkuta mövcud olmazdı. Fikrimcə bu sənayedə olmaq bir vətənpərvər olaraq mənim borcumdur,” Mədənçilik və İqtisadiyyat Kollecinin tələbəsi Artyom Koltakov deyir.

Şübhəsiz ki, bu şəhərdə həyat çox gözəl deyil . Oksigen çatışmazlığı var, iqtisadi vəziyyət pisdir. Amma bütün bunlara baxmayaraq, məncə Vorkuta kimi şəhərlər ölən şəhərlər hesab edilmir.
Sergey Qaqauşov

Lakin orada həyat təkcə kömür və buzdan ibarət deyil. Bir çox tələbə başqa karyeralara sahib olmaq istəyir. Vorkuta İncəsənət Məktəbinin direktoru şəhərin gələcəyinə nikbin baxır.

“Şübhəsiz ki, bu şəhərdə həyat çox gözəl deyil . Oksigen çatışmazlığı var, iqtisadi vəziyyət pisdir. Amma bütün bunlara baxmayaraq, məncə Vorkuta kimi şəhərlər ölən şəhərlər hesab edilmir,” Sergey Qaqauşov söyləyir.

Ayaqda qalmaq üçün Vorkuta gənc əhalisinə orada qalmaq üçün imkanlar irəli sürməlidir.

Geridə qalan mədənlər onlara ümid versə də, oradaa çox az sayda insan kömürün onları dayanaqlı gələcəklə təmin edəcəyinə inanır.

XS
SM
MD
LG