Accessibility links

Vyanada bıçaqla hücum nəticəsində dörd nəfər ciddi xəsarət alıb


Avstriya polisi Vyanada dörd nəfərin xəsarət alması ilə nəticələnən iki bıçaqla hücuma görə məsuliyyət daşıyan şəxsin izinə düşməyə çalışır.

Bıçaqlamalar Vyananın məşhur Prater Parkı yaxınlığındakı Leopoldştadt ərazisində baş verib.

Polis sözçüsü Patrik Mayerhofer: “Şahidlərə əsasən, hücumçu dükan qarşısında üç nəfərə hücum edib. Zərərçəkənlər ata, ana və onların yetkin yaşında qızlarıdır. Hər üç şəxs ciddi xəsarətlər alıb və həyatları təhlükədədir.”

Bir neçə dəqiqə sonra isə hücumçu hadisənin baş verdiyi yerin yaxınlığında dördüncü şəxsə hücum edib.

Polis bu hücumların terrorla əlaqəsi olub-olmadığını araşdırmağa çalışır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG