Accessibility links

ABŞ-da övladlığa götürülən 35 min insan vətəndaş deyil [Video]


ABŞ-da övladlığa götürülən 35 min insan vətəndaş deyil
please wait

No media source currently available

0:00 0:03:01 0:00

Vyetnam əsilli amerikalı Kristofer Larsen Vaşinqton ştatında insan oğurluğu ittihamı ilə cəza çəkdiyi müddətdə ABŞ vətəndaşı olmadığını öyrənir. Mümkün departasiya ilə izləşən Larsen özünü amerikalı olmaqdan başqa heç bir millət kimi hiss etmir. O, Amerikada övladlığa götürülən, lakin heç vaxt vətəndaşlıq almayan minlərlə xaricidən biridir.

1975-ci ildə Vyetnam müharibəsinin başa çatması ilə prezident Cerald Ford uşaq oğurluğu əməliyyatı adlanan missiya dövründə Amerikaya gətirilən bütün kimsəsiz uşaqların deportasiyasına göstəriş verib. 4 yaşlı Kristofet hərbçi ailənin övlad etdiyi həmin uşaqlar sırasında idi

O, özünün dediyi kimi amerikalı ailəsində böyüyüb.

"Mənim həyatım Alyaskada böyüyən tipik uşaqların həyatı kimi keçib. Həmişə küçədə, həmişə ailə ilə bərabər. Mənim üçün o həyat möhtəşəm idi. "

Larsen universiteti informasiya texnologiyaları üzrə mütəxxəssis olaraq bitirir. Daha sonra evlənir, iki uşaq atası olur və Seattla köçür.

"O zaman istədiyim hər şeyə sahib idim."

Bu, istəyənə qədər sürür. Həyatının təlatümlü vaxtında içməyə başlayır. Həyat yoldaşı uşaqları götürüb gedir.

“Bu, məni çıxılmaz yola sürüklədi. Düşündüm ki, özümü polis tərəfindən intihara aparım. Mən buna insan oğurluğu ilə nail olmaq istədim.”

O, 9 yaşlı uşağı oğurlayaraq, ailəsindən pul tələb edir. Vaşinqton ştatının məhkəməsi Larseni 12 il müddətinə azadlıqdan məhrum edir. ABŞ-ın Mühacirət və Gömrük idarəsi onu həmin vaxt yaxalayır.

“Onlar dedilər ki, həbsdə işini itirəcəksən. Mən artıq tədris edə bilməyəcəkdim. Bir sözlə hər şeyi itirəcək və deportasiya oluna biləcəkdim.”

Amerika hökuməti üçün Larsen cinayət işləmiş qanunsuz mühacirdir.

“Ailəm mənim övladlığa götürüldüyümü, ABŞ vətəndaşı,1975-ci ildən bu ailənin üzvü olduğumu deyirdi.”

Lakin onun ailəsi heç vaxt Larsen üçün vətəndaşlığa müracət etməyib.

Təxminlərə görə 35 min övladlığa götürülən uşaq onun vəziyyətindədir.

Bekki Belkor övladlıqların hüquqlarının müdafiəsi kampaniyasının üzvüdür.

“Onlar ya bunun bahalı proses olduğunu, ya da övladlıq prosesində külli miqdarda pul xərclədikləri üçün lazım bilməyiblər. Ya da onlar zorakı ailələrdə böyüyüb və valideynlər status üçün müraciət etməyib."

Belkorun dediyinə görə, Konqresin 2001-ci ildə qəbul etdiyi qanuna əsasən digər ölkələrdən övlad edilənlərə avtomatik vətəndaşlıq verilir. Amma bu qanun yalnız 1983-cü ildən sonra doğulanlara şamil edilir.

Hazırda övladlıq hüquqlarının müdafiəsi kampaniyası onların vətəndaşlıq alması uğrunda mübarizə aparır. Ötən il bununla bağ qanun layihəsi Konqresin təsdiqini əldə edə bilməsə də, hələ də qanuna dəyişiklik edilməsi yolunda mübarizə davam etdirilir.

Həbsdən çıxdıqdan sonra Lasen deporatsiya edilməyib. Belə ki, Vyetnam 1995-ci ildən əvvəl ölkəni tərk edənləri geri qəbul etmir.

XS
SM
MD
LG