ABŞ prezidenti Barak Obama may ayının 22-də Vyetnama səfər edir. Amerika bir zamanlar o ölkəyə yarım milyondan çox əsgəri qüvvə yeritmişdi. Amerika tarixində ən ağır müharibə hesab edilən Vyetnam münaqişəsindən 40 ildən çox vaxt keçsə də, müharibə hələ də debatlar mövzusu olaraq qalır. Bir çox veteran, sabiq hökumət rəsmisi və müharibə əleyhinə olan fəallar bir araya gələrək, Texasın Ostin şəhərində Vyetnam Müharibəsi Sammiti keçirib.
Sammitin başlanğıcında Country Joe McDonald anti-müharibə himnini söyləyib.
“Bu mahnının unikal tərəfi əsgərlərin müharibəyə görə günahlandırılmamasıdır. Mən həmişə deyirəm, yanğınsöndürənləri yanğına görə günahlandırmaq olmaz.”
Veteranlar arasında müharibə barədə ziddiyətli fikirlər var. Bu, qələbə və ya ədalətsiz bir müharibə idimi? Amma bir şey bəllidir-müharibə insanların həyatına böyük dəyişiklər gətirib.
Bu insanlar arasında 1969-cu ildə yaralanan veteran Kerro Orr da olub.
“Qalib gəlmək istəmədiyimiz bir müharibədə bu qədər itki vermək təəssüf doğurur. Mən hələ də başa düşmürəm. Niyə qələbə əldə etmək istəmədik?”
Sabiq kapitan Maykl Do da eyni fikirdədir.
“Prezident Nikson kommunistlərin bu ölkəyə müdaxiləsi təqdirində nəyin bahasına olursa-olsun Vyetnamı xilas edəcəyinə söz vermişdi.”
Yazıçı Robert Şenkan deyir ki, sənədlər qanunvericilərin müharibədə qələbə əldə edilməyəcəyini bildiklərini göstərir.
“Tarixi qeydlərə görə o vaxtın durumu , sosial-siyasi vəziyyəti nəzərə alınsa hərbi qələbə qarşıya məqsəd qoyulmamışdı.”
O vaxtların siyasətinin memarı, sabiq dövlət katibi, bir çoxlarının müharibə cinatətlərinə yol verdiyini düşünən Henri Kessincer idi. O, prezident Niksona Vyetnamın neytral qonşusu Kambocanın bombalanmasına dair məsələhət verməkdə günahlandırılır.
Kissinger isə buna Şimali Vyetnamın 4 diviziyasının Kambodcaya keçməsi ilə bəraət qazndırır.
“Niksonun prezidentliyinin 3-cü həftəsi onlar hücumlarını artırdılar. Biz hər həftə 500 əsgər itirirdik."
Vyetnam sammiti Amerikanın Vyetnamda hərbi mövcudluğunu artıran prezident Lindon Conson adına kitabxanada keçirilib.
Sabiq prezidentin qızı Lusi Conson deyir ki, indi sağalma və anlayış vaxtıdır.
“Bəlkə biz ölkəmiz üçün doğru olanı etmişik.”
Sağalma prosesi ABŞ prezidenti Barak Obamanın Vyetnama səfərinin simvolu ola bilər. Bunu Vyetnam müharibəsinin veteran, daha sonra müharibə əleyhinə çıxış edən Con Kerri deyib. ABŞ dövlət katibi Amerika-Vyetnam əlaqələrinin bir zamanlar düşmən olanların sonradan yaxınlaşmasına nümunə olduğunu bildirib.