Accessibility links

Vyetnam prezidenti vəfat edib


Vyetnam prezidenti Tran Dai Quanq ciddi xəstəlikdən sonra bu gün 61 yaşında dünyasını dəyişib.

Kommunist ölkəsinin rəsmi xəbər agentliyi prezident Quanqın Hanoyun hərbi xəstəxanasında vəfat etdiyini bildirsə də, əlavə məlumat verməyib.

Prezident Quanqı ictimaiyyət çərşənbə günü Kommunist Partiyasının rəyasət heyətində Çindən gələn nümayəndə heyəti ilə yığıncaqda görüb.

Birləşmiş Ştatlar prezidenti Donald Trampın keçən il Vyetnama səfəri zamanı onu prezident Quanq qarşılamışdı.

2016-cı ilin aprel ayında prezident seçilənə qədər Tran Dai Quanq təhlükəsizlik zabiti və ölkənin ictimai asayiş naziri vəzifəsində işləyib.

XS
SM
MD
LG