Accessibility links

Vyetnamda tufan baş verib


Damrey tufanı Vyetnamın cənub-mərkəzi sahilində dağıntılara və azı üç nəfərin ölümünə səbəb olub.

Fəlakət rəsmiləri deyir ki, Damrey mindən çox evin damının uçmasına, ağaçların düşməsinə və elektrik dirəklərinin yıxılmasına səbəb olub.

Tufandan öncə minlərlə insan yüksək ərazilərə təxliyyə olunub.

NASA-nın verdiyi məlumata görə, Damrey son 16 ildə ərazidə baş verən ən şiddətli qasırğadır.

Noyabrın 8-dən 10-nadək Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq sammitinin keçiriləcəyi mərkəzi Da Nanq şəhərində də ağır yağışlar yağıb.

Ötən ay Vyetnamın şimali və mərkəzi əyalətlərində baş verən tropik qasırğalar nəticəsində onlarla insan həyatını itirmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG