Accessibility links

Vyetnamda daşqın: 37 nəfər ölüb, 40-dan çox insan itkin düşüb


Vyetnamın şimal və mərkəz bölgələrində baş verən daşqın və leysanlar səbəbindən azı 37 nəfər həyatını itirib, daha 40 isə nəfər itkin düşüb.

Vyetnamın Təbii Fəlakətlərin İdarəetmə İdarəsi hadisə zamanı azı 21 adamın yaralandığını bildirib. Daşqının ən çox zərər vurduğu şimal ərazidə yerləşən Hoa Binh əyalətində 11 adamın öldüyü haqqında məlumat verilib.

Təbii fəlakətə tropik yağışların səbəb olduğu bildirilir. Keçən həftə ərzində Vyetnama 40 santimetr həcmində yağış yağıb.

Təxmini hesablamalara görə, 16 mindən çox ev su altında qalıb, minlərlə hektar münbit torpağa böyük ziyan dəyib.

XS
SM
MD
LG