Accessibility links

Waldorf Astoria oteli 1.95 milyard dollara Çinin sığorta şirkətinə satılıb


.
.

Nyu Yorkun ən məşhur mehmanxanalarından biri olan Waldorf Astoria 1.95 milyard dollara Çinin sığorta şirkətinə satılıb.

1949-cu ildə bu oteli alan Hilton Worldwide şirkəti otelin Anbang sığorta şirkətinə satıldığını elan edib. Hilton Worldwide oteli növbəti 100 il ərzində idarə etməyə davam edəcəyini bildirib.

Hilton şirkəti bildirib ki, yeni sahibkar oteldə əsaslı təmir işləri aparacaq və onun "tarixi dəbdəbəsi"ni bərpa edəcək.

Bir əsrdən çox yaşı olan bu oteldə çox sayda yüksək səviyyəli şəxslər, məşhur insanlar və hətta bir müddət onun nömrələrindən birində yaşayan Merilin Monro kimi kino ulduzlar qonaq olub.

1993-cü ildə otel Empire State Binası və Brooklyn körpüsü kimi rəsmən Nyu-York şəhərinin ən diqqətəlayiq binalarından biri elan edilib.

Satış qiyməti Birləşmiş Ştatlarda otelə verilən ən yüksək qiymətdir. Hilton əldə etdiyi pulla ABŞ-da daha da çox otel alacağını bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG