Accessibility links

"Vaqner" qrupunun Belarusda olması Baltikyanı ölkələri və Polşanı narahat edir


NATO-nun şərqində yerləşən ölkələr üzvlərinin bəziləri Rusiyada iyun ayında baş vermiş qısa üsyanda iştirak edənlər də olmaqla, muzdlulardan ibarət "Vaqner" qrupunun Belarusdakı mövcudluğundan getdikcə daha çox narahatdır.

Belarusla həmsərhəd olan NATO və Avropa İttifaqı üzvləri - Polşa, Litva və Latviya iki il əvvəl çox sayda miqrant və qaçqın axını başlayanda Belarusla sərhədlərini möhkəmləndirmişdi.

İndi vaqnerçilərin meydana çıxması qorxuları artırıb.

Polşanın baş naziri Mateu. Moraveski həftə sonu "Vaqner” qrupunun 100-ə yaxın döyüşçüsünün Polşa ilə sərhədə və xüsusilə də strateji əhəmiyyətli Suvalksk dəhlizinə yaxınlaşdığını bəyan edib.

"Vəziyyət daha da təhlükəli olmağa başlayıb. Əlbəttə, bu, Polşa ərazisinə yeni hibrid hücumuna doğru bir addımdır" - deyə, Moraveski jurnalistlərə açıqlamasında bildirib.

Narahatlıqlar çərşənbə axşamı baş verən insidentlə - təlimlər zamanı iki Belarus vertolyotunun aşağı hündürlükdə Polşa hava məkanına daxil olmasından sonra daha da artıb.

Polşa Müdafiə Nazirliyi insidentlə bağlı NATO-ya məlumat verib. Alyans vəziyyəti izlədiyini bildirib.

Adının açıqlanmasını istəməyən bir NATO rəsmisi bildirib ki, "NATO iki Belarus hərbi vertolyotunun qısa müddətə aşağı hündürlükdə Polşa hava məkanına daxil olması ilə bağlı dünənki insident də daxil olmaqla, şərq sərhədlərindəki vəziyyəti diqqətlə izləyir".

"Biz bu məsələ ilə bağlı Polşa hakimiyyəti ilə sıx əlaqə saxlayırıq və alyansın bütün ərazisinin təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edəcəyik".

Polşa, Litva və Latviya sərhədə əlavə hərbçi və texnika yerləşdirəcəyini bildirib.

Forum

XS
SM
MD
LG