Accessibility links

Vaqnerin başçısı Baxmutdan geri çəkilməklə hədələyir


Yevgeni Priqojin.
Yevgeni Priqojin.

Rusiyanın yarı-hərbi Vaqner qrupunun təsisçisi Yevgeni Priqojin, sursat təchizatı problemləri həll etdilmədiyi təqdirdə qoşunlarını Ukraynanın Baxmut şəhərindən geri çəkməklə hədələyib. Prezident Volodimir Zelenski isə Rusiyanın son aylarla mülki hədəflərə ən tələfatlı hücumlarından sonra müasir hava hücumundan müdafiə sistemləri üçün çağırış edib.

Aprelin 29-da yayımlanan müsahibdə Priqojin, həftələrdir etdiyi şikayəti təkrarlayaraq deyib ki, Vaqner yaxında daha çox sursat almasa, o “bəzi bölmələri” Baxmutdan “geri çəkməli olacaq.”

Donetsk vilayətindəki əsas nəqliyyat mərkəzi olan Baxmut son bir neçə aydır bu müharibədə ən şiddətli döyüşlərin getdiyi yerdə çevrilib. Belə ki, hər iki tərəf ağır itkilər verib.

Ukrayna ordusunun rəsmiləri deyib ki, yüksəklikdə yerləşən Baxmutu itirmək şərqi regiondakı digər qoşunları hücuma açıq vəziyyətə sala bilər.

Vaqner ötən ildən bəri Rusiyanın Baxmutu ələ keçirmək üçün həyata keçirdiyi hücuma başçılıq edir, ancaq, hələ də şəhərin qərb hissəsinə nəzarət edən Ukrayna döyüşçülərini geri çəkməkdə müvəffəq olmayıb. Priqojin xəbərdarlıq edib ki, Vaqnerin Baxmutdan geri çəkilməsi Rusiyanın 1000 kilometrlik cəbhə xəttinin başqa hissələrində də məğlubiyyətlərinə gətirib çıxaracaq.

Bu arada isə Ukrayna Ordusunun Baş Qərargahı aprelin 29-da bildirib ki, Rusiya qüvələri Baxmut-Adviyivka-Maryinka cəbhə xəttində təzyiqini davam etdirir və Ukayna mövqelərinə 48 uğursuz hücum həyata keçirib.

Rusiya keçən ilin yayından bəri Baxmutu mühasirəyə alıb və çox sayda insan və avadanlıq itkisinə baxmayaraq, çox cüzi irəliləyiş əldə edib.

Zelenski isə bu arada Rusiyanın aprelin 28-də paytaxt Kyiv daxil olmaqla Ukraynanın bir neçə şəhərinə azı 25 nəfərin ölümü ilə nəticələnən hücumlarından sonra Ukraynanın müttəfiqləri və tərəfdaşlarını ölkəsini daha yaxşı havadan müdafiə sistemləri ilə təmin etməyə çağırıb.

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, hücumlaırn ən pis təsirinə məruz qalan Ukraynanın mərkəzində Çerkası regionunda yerləşən Uman şəhəri olub. Orada Rusiya raketinin doqquz mərtəbəli yaşayış binasına dəyməsi nəticəsində, dördü uşaq olmaqla azı 23 nəfər ölüb.

XS
SM
MD
LG