Accessibility links

Qlobal quldarlığa dair hesabat açıqlanıb


Quldarlıq əsrlər öncəsi problem hesab edilsə də, beynəlxalq miqyasda yasaqlansa da bu gün 30 milyon insan müasir köləliyin qurbanıdır.

Walk Free Fondunun bu gün yaydığı hesabatın həm-müəllifi Kevin Beylsin dediyinə görə, sənəd əsasən xəbərdarlıq mahiyyəti daşıyır.” Əgər müasir dünyamızda köləliyin əsas növlərinin sadalanmasını istəsəniz, əsasən iki növə diqqət yetirilməlidir. Bunlara Cənubi Asiyada mövcud olan ailələrin göz açdığı irsi köləlik daxildir. Bu ailələrdə insanlar qul kimi dünyaya gəlir, qul kimi dünyadan köçür. İkinci növ isə miqrant köləliyidir.Bunlara yaxşı həyat, dolanışıq, ailələri naminə yad ölkələrdə köləyə çevrilən insanlar daxildir.”

Hesabat əsasən daha əvvəlki göstəricilərə əsaslanır. Lakin Beyls yaxın gələcəkdə daha dəqiq göstəricilər əldə ediləcəyinin mümkünlüyünə inanır.

Köləlik indeksində quldarlığın yayılması baxımından birinci yeri Mavritaniya tutur. 3.8 milyon əhalisi olan bu Qərbi Afrika ölkəsində 160 min kölə var.

Hindistan isə müasir köləlik sahəsində ən yüksək göstəricilərə malikdir. 1.2 milyard əhalisi olan Hindistanda 14 milyon insan kölə vəziyyətində yaşayır.

Qlobal köləliyin 72 faizi Asiyanın payına düşür. Çində 2.9 milyon, əhalisi Çin əhalisinin 13 faizini təşkil edən Pakistanda 2.1 milyon insan qul münasibəti görür.

Zəif inkişaf, korrupsiya, yoxsulluq və münaqişələrə malik olan ölkələrdə qulların sayı artıq olur. Araşdırmalar göstərib ki, quldarlığın əsas qurbanları qadınlardır.

Qorxunc rəqəmlərə baxmayaraq, dünyada quldarlığın kökü kəsilməkdədir.

Kevin Beylsin dediyinə görə, köləliklə mübarizənin vahid siyasəti mövcud deyil. Hər bir ölkə quldarlıqla müxtəlif yollarla mübarizə aparır.

Ən uğurlu ölkələrdə belə problemlər mövcuddur. İslandiya, İrlandiya və Britaniyada 4 600 insan müasir köləliyin qurbanıdır.
XS
SM
MD
LG