Accessibility links

Ukraynada müharibənin yanacağın bahalaşmasına gətirib çıxaracağı gözlənilir


Rusiya qoşunlarını Ukraynanın Donbas regionuna daxil etdiyi bir vaxt eskpertlər xəbərdarlıq edir ki, Avropada müharibənin başlamasının Rusiyaya qarşı ağır sanksiyalarla birlikdə enerji bazarında qeyri-sabitlik yaratmaq ehtimalı yüksəkdir. Və mümkündür ki, bunlar həm benzin həm də təbii qaz qiymətlərinin artmasına gətirib çıxara bilər.

Rusiya dünyanın ən böyük yanacaq və təbii qaz istehsalçılarından biri olduğu üçün, istehsalının ya hərbi əməliyyatın gözlənilməz nəticəsi ya da beynəlxalq sanksiyalara cavab olaraq dayandırılmasının enerji qiymətlərinə böyük təsiri ola bilər .

Hyuston Universitetinin enerji üzrə elmi işçisi bildirir ki, qlobal neft qiymətləri tədarükdə fasilələrə son dərəcədə həssasdır.

“Rusiya gündə dörd yarım milyon barrel neft ixrac edir, qlobal bazarda bu gündə təxminən 100 milyon barrelə bərabərdir,” Hirs Amerikanın Səsinə deyib. “Əgər bir milyon barrel müharibə səyləri və ya sanksiyalar və yaxud müharibə zamanı Rusiyanın neft yataqlarında faciə səbəbilə kəsilsə… biz neftin qiymətinin 20-25 faiz artacağını gözləyə bilərik. Bu o deməkdir ki, benzinin satış qiyməti hər bir qalona 50-75 sent arta bilər.”

Rusiyaya tətbiq olunan sanksiyalar

Son aylarda Ukraynada gərginlik artdığı üçün, xüsusilə də neft qiymətləri geniş yayılmış qeyri-müəyyənliyə cavab olaraq kəskin şəkildə yüksəlib. Çərşənbə axşamı Brent xam neftin qiyməti barelinə 96 dollar idi, dekabr ayında isə 70 dollardan aşağı olub.

Birləşmiş Ştatlar və Avropa liderləri bazar ertəsi və çərşənbə axşamı Rusiyaya qarşı tətbiq olunan cəza tədbirlərinin siyahısı açıqlayıb. Sanksiyaların çoxu bankları və zəngin rusları hədəf alıb və birbaşa Rusiyanın enerji sektorunu hədəfləməyib.
Yeganı istisna Almaniya kansleri Olaf Şoltsun Almaniya hökumətinin Rusiyadan Baltika dənizinin altından Almaniyaya birbaşa təbii qaz nəql edən mübahisəli Şimal Axını 2 boru kəmərini təsdiqləməyəcəyini elan etməsi olub.

Boru kəməri heç vaxt istismara verilmədiyi üçün bu açıqlamanın hazırkı enerji tədarükünə heç bir təsiri olmadı. Lakin yüksək vəzifəsi administrasiya rəsmisi çərşənbə axşamı boru kəmərini təsdiqləməyi ertələmək qərarının Avropanın təbii qaz üçün Rusiyadan asılılığına son qoymaq yolunda mühüm bir addımdır. O həmçinin deyib ki, ABŞ Rusiyadan tədarükün kəsilməsini kompensasiya etmək üçün Avropaya mayeləşdirilmiş təbii qaz tədarükünü artırmağa davam edəcək.

Bayden yanacaq qiymətlərinə toxunub

Prezident Co Bayden çərşənbə axşamı ABŞ-ın Rusiyanı hədəf alan sanksiyalarını açıqladığı zaman bu sanksiyaların amerikalılara təsirinin olacağını vurğulayıb. Belə ki, bunun nəticəsində yanacaq qiymətləri artacaq. “Azadlığı qorumaq bizim üçün də baha başa gələcək. Biz bu məsələdə səmimi olmalıyıq,” o deyib.

O bildirib ki, administrasiyası “bizim sanksiyaların vurduğu ziyanın bizim deyil, Rusiya iqtisadiyyatını hədəf aldığını təmin etmək üçün güclü tədbirlər görəcək.”

“Mən Amerika xalqının yanacaq doldurma mənqələrində hiss etdiyi ağrıları məhdudlaşdırmaq istəyirəm. Bu mənim üçün vacibdir,” o deyib.

XS
SM
MD
LG