Accessibility links

İŞİD-ə qarşı qlobal mübarizə [Video]


İŞİD-ə qarşı qlobal mübarizə
please wait

No media source currently available

0:00 0:01:53 0:00

Birləşmiş Ştatlar rəsmiləri və onların tərəfdaşları İslam Dövləti militantlarına qarşı qlobal mübarizəni gücləndirməklə bağlı üç günlük yığıncağı başa vurdu. İslam Dövlətinə qarşı olan 72 ölkənin nümayənsədi bu həftə Vaşinqtonda toplaşdı. Bu toplantı Mosul şəhəri uğrunda gedən döyüşlərdə İraq ordusunun ekstremistlər üzərində qələbəsinı elan etməsindən bir neçə gün sonraya təsadüf edib. Koalisiya qüvvələri Suriyanın İslam Dövlətinin əsas bazası olan Rəqqa şəhəri uğrunda da irəliləyişlər əldə edib.

Keçən bazar günü İraq terrorçu qrupun nəzarətində olan Mosulu azad etdikdən sonra İslam Dövləti üzərində qələbəsini elan etdi.

Bu həftə İslam Dövlətinə qarşı olan koalisiya üzvləri İraqın və Suriyanın qalan hissələrindəki ekstremist döyüşçülərin məhvi yollarını araşdırmaq məqsədilə bir araya gəldi. Ümumiyyətlə isə müharibənın sonuna hələ çox var. İslam Dövlətinə qarşı qlobal mübarizənin ABŞ nümayənsədi Bret Makqurk: “Əgər mərhələ-mərhələ gedirsiniz və 1-ci mərhələdəsiniz ki, İslam Dövlətinə qalib gəlmək istəyirsiniz, onda əmin olmalısınız ki, ərazi tamamilə onların nəzarətinən çıxıb. Artıq təhlükə yoxdur. İslam Dövlətini məğlub edin və ölkədə vətəndaş müharibəsini aradan qaldırın. Bundan sonra atəşkəsə nail olun və siyasi prosesə başlayın.”

Növbəti addım azad edilmiş ərazilərdə sabitliyin bərpası və bu ərazilərə humanitar yardım çatdırmaqdan ibarətdir. “Bizim əsas məqsədimiz İŞİD-dən azad olan ərazilərdəki yerli əhalinin və icmaların həyatlarını bərpa etmək, məcburi köçkünlərin evlərinə qayıtmalarına imkan yaratmaqdır” deyə, Bret Maqurk bildirir.

Ekspertlər xarici döyüşçü axınının və ekstremist təbliğatının qarşısını almaq üçün əlavə resursların gərək olacağını deyirlər. Atlantik Şurasından ekspert Yasmin Əl-Camal: "Biz qeyri-ənənəvi yollarla, onlarla İnternetlə, sosial media ilə hüquq-mühafizə imkanlarından istifadə etməklə mübarizə aparmalıyıq. Və bu sahələrə daha çox resurs qoymaq məcburiyyətindəyik.”

Birləşmiş Ştatlar İraqa humanitar yardım məqsədilə 119 milyon dollar göndərəcəyini bildirib. 2014-cü ildən bu günə qədər isə Birləşmiş Ştatlar İraqa 1.4 milyarddan çox dollar göndərib.

XS
SM
MD
LG